Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) İslamazeri.az-a istinadla xəbər verir ki, din xadimlərinin, ilahiyyatçı alimlərin Bakı İslam Universitetinin müəllim və tələbələrinin iştirak etdiyi mərasim Qurani-kərimin tilavəti ilə başlayıb.
Mərasimdə, həmçinin İslam dininin möhkəmlənməsi və Azərbaycanın ərazi bütövlüyü yolunda həyatlarından keçən şəhidlərin xatirəsi yad olunub.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək, Həzrət Fatimeyi-Zəhranın (ə) vəfatı münasibətilə keçirilən anım mərasiminin ənənəvi xarakter daşıdığını bildirib.
QMİ sədri ölkədə aparılan din-dövlət
siyasəti, məscid və ziyarətgahların təmir-bərpası, din xadimlərinə yaradılan şərait
barədə danışıb: "Dindarlar Azərbaycan vətəndaşları olaraq müstəqil dövlətimizin
bu sahədə həyata keçirdiyi tədbirləri dəstəkləyir, Vətənimizin daha da qüdrətlənməsi,
sabitliyin möhkəmlənməsi üçün çalışırlar".
Qeyd edək ki, mərasimdə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə, İranın
Ali Rəhbərinin Azərbaycandakı nümayəndəsi Höccətül-islam vəl müslimin Seyid Əli
Əkbər Ocaqnejad da iştirak edib.