Son aylar xüsusilə Twitter-də Harvard universitetində Quranın Nisa surəsinin 135-ci ayəsinin ingilis dilində tərcüməsinin asıldığı bir video görüntü paylaşılır. Bu xəbər ilk dəfə Harvard universitetinin hüquq fakültəsinin magistratura tələbəsi Abdullah Cümə adlı səudiyyə ərəbistanlı bir tələbə tərəfindən "tweet" edilib. O, bu lövhənin şəklini paylaşaraq, altında belə yazdı: "Quranın bu ayəsi Harvard universitetinin hüquq fakültəsinin divarında digər onlarla ibarə ilə birlikdə ədalət haqqında asılmışdır".
Bu fotoşəkilin dərc olunması ilə yanaşı, sosial şəbəkə istifadəçilərdə sual doğurdu ki, nə üçün bir Amerika universiteti Quran ayəsini hüquq fakültəsinin girişinə asmışdır.
Harvard universitetinin ictimaiyyətlə əlaqələr fakültəsinin direktoru Sarah Marston "Sawa2" radiosu vasitəsilə istifadəçilərin suallarına cavab verib: "Bu ayə fakültənin girişinə asılmayıb. Hüquq fakültəsinin binası içərisində divardan biri üzərində 34 digər dəyərli sitat ilə birlikdə yerləşdirilib. Bütün bu cümlələr ideoloji, dini, mədəni, siyasi baxışlarına əsasən seçilmişdir. Bu xəbərlərin yayımlanma məqsədi qanunvericilik yolu ilə ədalət və şərəfin aliliyi üçün insanın əbədi işlərinin bir sübutudur.
Qeyd edək
ki, Quranın Nisa surəsinin 135-ci ayəsində belə qeyd olunub: "Ey iman
gətirənlər, (bütün işlərinizdə) hətta özünüzün, ya ata-ananızın, yaxud
yaxınlarınızın ziyanına olsa belə, həmişə və tam şəkildə ədalətə
əsaslananlardan və Allaha görə şahidlik edənlərdən olun. Əgər (dava edən
tərəflərdən biri) imkanlı ya yoxsul olsa (siz onların vəziyyətlərini nəzərə
alaraq haqqa zidd şahidlik etməyin, çünki), Allah onlara (onların halını nəzərə
almağa) daha layiqlidir. Buna görə də nəfsi istəyə tabe olmayın ki, (nəticədə)
haqdan üz çevirəsiniz. Əgər dil (dilinizi nahaq tərəfə) əysəniz ya (şəhadət
verməkdən) üz döndərsəniz, (bilin ki,) həqiqətən, Allah etdiklərinizdən həmişə
xəbərdardır". (Deyerler.org).