IQNA

Səudiyyə Ərəbistanında 27-ci Ümumdünya Quran Müsabiqəsinin keçirilməsi

10:52 - December 22, 2025
Xəbər sayı: 3499448
İQNA – Səudiyyə Ərəbistanında İslam İşləri, Təbliğat və İrşad Nazirliyinin təşəbbüsü ilə “Kral Salman bin Əbdüləziz Mükafatı” adı altında 27-ci Ümumdünya Quranı əzbərləmə müsabiqəsi start götürüb.

Bu mərhələ həm oğlanlar, həm də qızlar üçün nəzərdə tutulub və ilkin mərhələ altı sahə üzrə təşkil olunub. 

Bu yarış üçün 7 milyon Səudiyyə rialı ayrılıb və mükafatlar hər altı sahənin qaliblərinə təqdim ediləcək. 

Oğlanlar qrupunun mükafatlandırma mərasimi 1447-ci hicri ilin 2/9 tarixində (bu ilin 1 martında), qızların təltif mərasimi isə 3/9/1447 hicri (2 mart) tarixində Ər-Riyadda keçiriləcək. 

İlkin mərhələ Səudiyyə Ərəbistanının müxtəlif bölgələrində finala hazırlıq məqsədilə təşkil olunub. Final mərhələsi Şaban ayında Ər-Riyadda baş tutacaq. 

Finalda qaliblər elan olunacaq və birinci sahənin birincisi 400 min Səudiyyə rialı mükafat alacaq. 

Birinci sahə – bütün Quranı şatibiyyə üsulu ilə “Qiraət-i Səb’ mətuvatir” qaydası ilə düzgün tələffüz və təcvidlə əzbərləməkdir. Digər sahələr isə – bütün Quranı sözlərin təfsiri ilə əzbərləmək, 20 cüz, 10 cüz və 5 cüz ardıcıl hissəni düzgün tələffüz və təcvidlə əzbərləməkdən ibarətdir. 

4323944

captcha