IQNA

Avstraliyada yəhudilərin bayram mərasiminə hücum edənlərin avtomobilində İŞİD bayrağı aşkarlandı

10:52 - December 16, 2025
Xəbər sayı: 3499410
İQNA – Avstraliyanın Yeni Cənubi Uels ştatının polis komissarı Mal Lanyon bazar günü baş verən terror hücumunu törədən şəxslərin avtomobilindən İŞİD bayrağının tapıldığını açıqlayıb.

“İQNA”-nın “Əl-Cəzirə”yə istinadən verdiyi məlumata görə, Yeni Cənubi Uels polis komissarı mətbuat konfransında bildirib ki, hücum edənin avtomobilinin üzərinə İŞİD-in qara bayrağının atılması ilə bağlı məlumatlar “istintaqın bir hissəsini təşkil edir”.

Avstraliyanın bu sahilyanı ştatında yəhudilərin Hanuka bayramı mərasimi zamanı iki silahlı şəxsin açdığı atəş nəticəsində bir neçə nəfər ölüb, çoxlu sayda insan yaralanıb. Hücum edənlərdən biri polis ilə atışma zamanı öldürülüb.

Məlumata görə, Sidney hücumunda sionist “Habad” qrupunun nümayəndəsi olan ravvin Eli Şlanqer həlak olub, Avstraliya–İsrail Yəhudiləri Şurasının sədri isə yaralanıb.

İsrail mediası: “Öldürülən ravvin Qəzzədə kütləvi qırğını dəstəkləyirdi”

İbrani dilli media qurumları, o cümlədən İsrailin 12-ci kanalı xəbər verib ki, Avstraliyada ifratçı “Habad” hərəkatının üzvlərindən olan Şlanqer, 7 oktyabr 2023-cü il hücumundan bir müddət sonra İsrailə səfər edib və bu rejimin hərbçiləri ilə görüşdə Qəzzəyə qarşı hərbi əməliyyatları dəstəklədiyini ifadə edib.

Həmin kanal ravvinin bir şəklini də yayımlayıb; fotoda o, hərbi avtomobilin üzərində İsrail əsgərlərinin arasında oturmuş vəziyyətdə görünür. Lakin bu şəkilin Qəzzədə və ya başqa bir yerdə çəkildiyi dəqiq məlum deyil.

“Əl-Cəzirə”, ibrani mediasına istinadən bildirir ki, Şlanqer bu şəkli Facebook və Instagram daxil olmaqla şəxsi sosial şəbəkə hesablarında profil şəkli kimi istifadə edib.

Hesabata əsasən, o, BMT və beynəlxalq insan haqları qurumlarının Qəzza müharibəsində soyqırım cinayətləri törətdiyini bildirdiyi İsrail ordusunun açıq-aşkar tərəfdarlarından biri olub.

Avstraliya polisinin məlumatına görə, bu terror hücumunu törədənlər 24 yaşlı Novid Əkrəm və onun 50 yaşlı atası (ata–oğul) olub. Lanyon bildirib ki, polis artıq başqa şübhəli axtarmır.

Yeni Cənubi Uels polis komissarı həmçinin qeyd edib ki, yaralanmış gənc hücumçunun sağ qalma ehtimalı var.

ABC kanalının əldə etdiyi məlumata görə, Avstraliya təhlükəsizlik qurumları 2019-cu ildə, İŞİD üzvü İshaq Motarinin həbsindən qısa müddət sonra Novid Əkrəmi nəzarət altına alıblar.

Bu avstraliyalı rəsmi bildirib ki, Novid Əkrəmin Motari ilə yaxın əlaqəsi olub.

Avstraliyada özünü İŞİD-in “komandiri” elan etmiş İshaq Motari bu ölkədə əməliyyat planlaşdırdığına görə hazırda yeddi illik həbs cəzasını çəkir. O, bir neçə nəfərlə birlikdə Sidneydə fəaliyyət göstərən İŞİD hüceyrələrindən birinin üzvü olub. Məlumatlı mənbənin sözlərinə görə, Novid Əkrəmin onların hamısı ilə yaxın əlaqəsi var idi.

Bu hücuma reaksiya olaraq Avstraliya Milli İmamlar Şurası və Yeni Cənubi Uels İmamlar Şurası birgə bəyanat yayaraq bildirdilər: “Biz Bondidə baş verən atışmanı qətiyyətlə pisləyirik.”

Avstraliyada yəhudilərə məxsus Hanuka bayram mərasimi dünən – bazar günü silahlı hücuma məruz qalıb.

Sionist “Yediot Aharonot” qəzetinin iddiasına görə, bu bayram üçün təxminən 2000 nəfər yəhudi icmasının üzvü toplaşmışdı.

Yediot Aharonot İsrail rejiminə bağlı “ZAKA” adlı xilasetmə və yardım təşkilatına istinadən bildirib ki, hadisə nəticəsində təxminən 60 nəfər yaralanıb və indiyədək azı 10 nəfərin ölümü təsdiqlənib. Halbuki BBC son yenilənmiş məlumatında ölənlərin sayının 12 nəfər olduğunu açıqlayıb.

4322934

captcha