IQNA

HRW: “Arakanlı müsəlmanlara qarşı edilənlər qeyri-insanidir”

12:46 - March 13, 2017
Xəbər sayı: 3481446
İnsan Haqları İzləmə Təşkilatı (red- Human Rights Watch) Myanma ordusunun ölkədəki arakanlı müsəlmanlara qarşı cinayət törətdiyini bəyan edib.

HRW:

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA)-nın Eastnews.org-a istinadla verdiyi xəbərə görə, İnsan Haqları İzləmə Təşkilatı (red- Human Rights Watch) Myanma ordusunun ölkədəki arakanlı müsəlmanlara qarşı cinayət törətdiyini bəyan edib.

HRW-dən verilən açıqlamada bildirilib ki, baş verən hadisələr qeyri-insani addımdır.

Təşkilat arakanlı müsəlmanların zülmə məruz qaldığını və ədalətin onlar üçün də zəruri olduğunu vurğulayıb. "Arakanlı müsəlmanlar öz canlarını qorumaq üçün vətənlərindən qaçırlar”, deyə HWR-dən qeyd edilib.

Teqlər: iqna ، İkna ، məscid ، quran ، myanma ، müsəlman ، İslam ، arakan
captcha