İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Finlandiyanın xəbər və informasiya portallarına istinadla verdiyi xəbərə görə, Finlandiyada Ərəb dili xarici dil olaraq tərəfdar çoxluğuna görə üçüncü yerdə olmasına baxmayaraq finlandiyalılar arasında FATİMƏ adı qız uşaqları üçün ən çox seçilən və sevilən addır.
Skandinaviya yarımadasının şərqində yerləşən bu ölkədə Ərəb dili Rus və Eston dilindən sonra üçüncü xarici dil olaraq istifadə edilir və çoxlu tərəfdarları vardır.
Bu xəbərdə verilən məlumata görə, əhalisinin sayı 5 milyon 500 min nəfər olan Finlandiyada 22 min nəfərdən çox insan Ərəb dilində söhbət edir.
Həmin xəbərdə həmçinin qeyd edilir ki, FATİMƏ adı qızlar arasında ən populyar və sevimli addır.
Qeyd edək ki, keçən il ərzində 30 min nəfər müsəlman mühacir Afrika və Orta Asiya ölkələrindən Finlandiyaya hicrət ediblər. Buna görə də bu ölkə miqrantlarla bağlı məhdudiyyətləri gücləndirməklə məşğuldur ki, sığınacaq axtaran miqrantların sayını azaltsın.
http://iqna.ir/fa/news/3586254