IQNA

0:06 - April 09, 2017
Xəbər sayı: 3481515
Bu gün, həftənin şənbə günü, 2017-ci ilin Aprel ayının 7-də, Misirin 24-cü beynəlxalq Quran- Kərim yarışlarına 40 ölkədən 60 nəfər yarışçının iştirakı ilə start verildi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-Ehram" qəzetinin xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, bu gün, həftənin şənbə günü, 2017-ci ilin Aprel ayının 7-də, Misirin 24-cü beynəlxalq Quran- Kərim yarışlarına 40 ölkədən 60 nəfər yarışçının iştirakı ilə start verildi.

Məhəmməd Muxtar Cümə - Misirin Vəfqlər Naziri, mətbuat üçün çıxış edərək bu barədə dedi: Həlledici, hidayətçi, yeni təfəkkür üfüqlərini göstərən bir düşüncənin və Quran- Kərimin səhih dərkində ağılın təsirinin və rolunun zəruriliyinin insanlara aşılanması bu ilin yarışlarında hakimlərin əsas meyar və ölçüsü olacaqdır deyə, bu ilin yarışlarına yeni forma, cəhət və hədəflər veriləcəkdir.

Misirin Vəfqlər Naziri Muxtar Cümə əlavə etdi: Bu ilin yarışlarına ayələrin dərki, cihad ayələrinin təfsiri və Quranın xüsusi lüğətlərinin mənası və izahı da əlavə edilib. Bu ilin yarışlarının birinci ixtisas qrupunda rəqabətlər Quran- Kərimin hifzi və təfsiri üzrə olacaqdır. Buna görə də bu yarışlara qatılanların Quran- Kərimin təfsiri üçün ən azı bakalavr pilləsində təhsili olmalıdır. Bundan əlavə bu fənn üzrə yarışa qatılmaq istəyənlər "Quran-Kərimin qəsd etdiyi mənaların dərki" mövzusunda ən azı 20 səhifəlik bir məqalə də təqdim etməlidir. Həmçinin yarışçıların yaşı 40-dan yuxarı olmamalıdır.

Məhəmməd Muxtar Cümə - Misirin Vəfqlər Naziri, yarışların ikinci ixtisas qrupu barədə dedi: Bu qrupda da Quran- Kərimin hifzi, lüğətlərin dərki və cihad ayələrin təfsiri üzrə rəqabət aparılacaqdır. Amma bu qrupda təkcə Ərəb dilli ölkələrin iştirakçıları yarışacaqlar. Və yarışçıların da yaşı 25 yaşından az olmamalıdır.

O əlavə etdi: Yarışların üçüncü ixtisas qrupu Quran-Kərimin hifzi və təcvidlə oxunuşu üzrə olacaqdır. Bu qrupda da yarışanların yaşı 25-dən az olmamalıdır. Bu fərqlə ki, bu qrupda yarışanlar qeyri- Ərəb ölkələrindən yarışlara qatılanlar olacaqdır.

Məhəmməd Muxtar Cümə - Misirin Vəfqlər Naziri, yarışların 4-cü ixtisas qrupu barədə dedi: Bu qrupdakılar Quran- Kərimin kamil hifzi və lüğətlərin dərki üzrə rəqabət aparacaqlar. Bu qrup azyaşlılar üçündür və təkcə Misir vətəndaşı olan 12 yaşdan aşağı uşaqlar üçün nəzərdə tutulmuşdur.

Qeyd edək ki, bu yarışın haşiyəsində seminarlar, hakimlərlər müsahibə, təfsir alimləri ilə görüş, Misirin tarixi əsərlərinə baxış keçirmək və s... maraqlı proqramlar təşkil ediləcəkdir.

Yarışın qaliblərinə mükafatların verilməsi mübarək Ramazan ayının 19-cu gecəsində (Qədr gecəsi) baş tutacaqdır.

http://iqna.ir/fa/news/3587348


Ad:
E-poçt:
* Comment:
* captcha: