IQNA

Ərdoğanın nəvəsinə Quran öyrətməsi qalmaqalı

9:27 - April 09, 2017
Xəbər sayı: 3481516
Rəcəb Təyyib Ərdoğanın nəvəsinə Quran öyrətdiyini görüntüləyən fotosu bu ölkənin media vasitələrini zəbt edərək media qalmaqalı yaradıb və müxtəlif reaksiyalara səbəb olub.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görö, son günlərdə Türkiyə cümhuriyyətinin prezidenti Rəcəb Təyyib Ərdoğanın nəvəsinə Quran öyrətdiyini görüntüləyən fotosu bu ölkənin media vasitələrini zəbt edərək media qalmaqalı yaradıb və müxtəlif reaksiyalara səbəb olub.

Medianı və sosial şəbəkələri zəbt edən fotoda Türkiyə cümhuriyyətinin prezidenti Rəcəb Təyyib Ərdoğan qızından olan nəvəsi Əhməd Akif Albayrağa Quran- Kərimi öyrədən halda görünür.

Fotonun qalmaqal yaratması və müxtəlif reaksiyalara səbəb olması isə bu şəkilin Türkiyə ana yasasına dəyişiklik barədə keçiriləcək referendum ərəfəsində yayılmasıdır.

Türkiyənin "Yeni Şəfəq" qəzeti iddia edir ki, Türkiyə cümhuriyyətinin prezidenti Rəcəb Təyyib Ərdoğan işinin ağır olması və çoxluğuna baxmayaraq nəvəsinə Quran oxumağı öyrətməyə də vaxt tapıb.

Qeyd edək ki, Əhməd Akif Albayraq Ərdoğanın qızından nəvəsidir və Bərat Albayraq isə Türkiyənin təbii sərvətlər və energetika naziridir.

captcha