IQNA

9:33 - April 10, 2017
1
Xəbər sayı: 3481522
Hər kəs öz gündəlik vacib namazlarından və nafilələrdən əlavə hər gün iki rəkət də müstəhəb namaz qılıb, savabını Həzrət İmam Mehdinin (ə.f) hüzuruna təqdim edərsə, çox bəyənilmiş bir iş görmüşdür.

İmam Mehdi (ə.f) üçün hədiyyə namazı

Hər kəs öz gündəlik vacib namazlarından və nafilələrdən əlavə hər gün iki rəkət də müstəhəb namaz qılıb, savabını Həzrət İmam Mehdinin (ə.f) və ya digər imamların hüzuruna təqdim edərsə, yəni onların niyyətinə hədiyyə namaz qılarsa, çox bəyənilmiş bir iş görmüşdür. Və həmçinin insan edə bilər aşağıdakı hədisi- şərifdə göstərilmiş qaydada hər gün bir məsumun niyyəti üçün iki rəkət hədiyyə namazı qılsın.

Cəlilul- qədr alim, məşhur və mötəbər dua əsərlərinin müəllifi Seyid Əli ibn Tavus yazır: Əbu Məhəmməd Səmuri öz sənədi ilə Əbu Əbdullah Əhməd ibn Əbdullah Bəcəlidən, o da öz sənədi ilə məsum imamlardan (ə) belə nəql edir ki, hər kəs hər günün beş vaxt vacib və nafilə namazlarından əlavə də başqa bir müstəhəb namaz qılmaq istəsə, iki rəkət namaz qılıb, hər gün imamlardan birinə hədiyyə etsin.

Bu namazın qılınması qaydası vacib namazlarda olduğu kimidir. Əlbəttə istəsə, bu namaz üçün azan və iqamə, və ya təkcə iqamə oxusun və ya birbaşa "təkbirətul-ehram" (niyyət təkbiri: Əllahu Əkbər) deyib namazı başlasın. Həmd (Fatihə) və Surədən (İxlas / Tövhid) oxuyur, rüku və səcdə zikrlərində həmişəki zikrləri (3 dəfə "sübhanəllah") deyəndən sonra bu zikri 3 dəfə deyirsən: "Səllallhu əla Muhəmmədin və Alihit-Təyyibinət-Tahirin".

صلّي الله علي محّمد و آله الطيبين الطاهرين

"Allahın salamı olsun Məhəmmədə və onun pak övladlarına".

İmam Zamana (ə.f) hədiyyə etdiyin namazın təşəhhüd və salamını dedikdən sonra isə deyirsən:

«اللهُمًّ انتَ السلامُ وَ منکَ السلامُ یا ذَالجلالِ وَالاِکرامِ صَلِّ علی محمَّدٍ وَآلِ محَّمدٍ الطَّیبین الطّاهرینَ الاخیارِ وَاَبلِغهُم مِنّی افضَلَ التَّحّه وُالسّلامِ. اللّهمَّ انَّ هاتَینِ الرّکعتینِ هدیهٌ مِنّی الی عَبدکَ وَبنِ عبدکَ وَ وَلیّک وابنِ وَلیّکَ سِبطِ نَبیّکَ فی ارضکَ وَ حجّتکَ عَلی خَلقِکَ یا ولیّ المومنینَ یا ولیّ المومنینَ یا ولیّ المومنینَ»

Oxunuşu: "Əllahummə əntəs-səlam və minkəs-səlam. Ya zül-cəlali vəl-ikram. Səlli əla Muhəmmədin və ali Muhəmməd, ət-təyyibinət-tahirinəl-əxyar. Və bəlliğhum minni əfzələt-təhiyyəti vəs-səlam. Əllahumə innə hatəynir- rək`ətəyni hədiyyətun minni ila əbdik vəbni- əbdik və vəliyyik, vəbni sibti nəbiyyik fi ərzik və hüccətikə əla xəlqik. Ya vəliyyəl-mominin, ya vəliyyəl-mominin, ya vəliyyəl-mominin".

Tərcüməsi: "Ey Allahım! Sən Salamsan (salamatlıq, asayiş, sabitlik, rahatlıq və təhlükəsizlik qaynağısan) və Salam Səndəndir – (salamatlıq, sağlamlıq, asayiş, sabitlik, rahatlıq və təhlükəsizlik verən Sənsən). Ey böyüklük, ucalıq və hörmət sahibi! Məhəmmə və onun pak, xeyirli və gözəl övladlarına salam göndər. Onlara ən yaxşı salam və duamızı çatdır. İlahi, Sənin üçün qıldığım bu iki rəkət namazın savabını məndən Sənin qulun, qulunun övladı, Sənin yer üzündəki Vəlin, vəlinin övladı, Peyğəmbərinin nəvəsi və yer üzündə məxluaqata höccətinə hədiyyə et. Ey möminlərin ağası Allahım, ey möminləri ağası Allahım, ey möminlərin ağası Allahım!"

"Səhifətul- Məhdiyyə", s.200 və 201.


Nəşr edilmiş: 1
Yoxlanılır: 0
Nəşrə yararsız: 0
Naile
0
0
Allah razi olsun Bele Aydin formada yazini redakte edib bizleride Melumatlandirirsiz.
Ad:
E-poçt:
* Comment:
* captcha: