IQNA

Misirli müfti:
7:08 - April 15, 2017
Xəbər sayı: 3481541
Misirli müfti Şövqi Ə`lam mətbuata müsahibəsində dedi: Həzrət İmam Əli (ə) hələ 1400 il öncə İŞİD kimi ünsürlərin İslam cəmiyyətində zühur edəcəklərini xəbər vermişdi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, misirli müfti Şövqi Ə`lam mətbuat ilə müsahibəsində izahr edib ki, Həzrət İmam Əli (ə) 14 əsr öncə İŞİD terrorist ünsürlərini zahiri görkəm və əqidə baxımından dəqiq əlamətləri ilə vəsf etmiş, onların qara bayraqlara sahib olacaqlarını və zühur edəcəkləri barədə xəbər vermişdi.

Şövqi Ə`lam əlavə etdi: İmam Əli (ə) 1400 il öncə onların barəsində buyurub: "Qara bayraqları gördüyünüz zaman olduğunuz yerdə qalın. Əl və ayaqlarınızı tərpətməyin (hərəkətə keçməyin). Sonra zəif bir dəstə peyda olacaqlar ki, kimsə onlara əhəmiyyət verməyəcək. Qəlbləri dəmir kimi bərk olacaq. Heç bir əhd və peymana vəfadar olmayacaqlar. Haqq iddiasında olacaqlar, halbuki özləri haqq deyildirlər. Bir-birlərini künyə ilə və mənsub olduqları məkana uyğun səsləyəcəklər. Qadınları kimi uzun saç saxlayacaqlar. Onlar bir- biriləri ilə ixtilafa düçar olacaqlar. O zamana qədər ki, Allah- Taala həqiqəti o yerdən ki, Özü istəyir, aşkar edəcəkdir.

Misirli müfti vurğuladı: İslam şəriətinin insanların canını və malını qorumaq kimi hədəfləri İŞİD-in əqidə leksikonunda yoxdur. Buna görə də onlar çox soyuqqanlıqla insan başı kəsirlər. Halbuki bütün səmavi dinlər insanların canı və malının qorunmasını vacib sayırlar və bütün şəriətlər bunun üçün gəlib. Və heç kim haqqı yoxdur ki, digərinin yaşamaq haqqını görməzdən gəlsin, həyatını dayandırsın və canını alsın. Bu işlər (kiminsə həyatına son qoymaq) müdafiə üçün müharibə zamanı və ya səlahiyyətli hakimin hökmü ilə olmalıdır.

Qeyd edək ki, misirli müfti Şövqi Ə`lamın nəql etdiyi bu hədisin sənədini bəziləri səhih və bəziləri isə zəif hesab etmişlər.

http://iqna.ir/fa/news/3589470


Ad:
E-poçt:
* Comment:
* captcha: