IQNA

London "halal qida məhsulları" sərgisinə evsahibliyi edir

12:32 - April 18, 2017
Xəbər sayı: 3481556
Paytaxt Londonun "Olimpiya" toplanış mərkəzi cari ilin Avqust ayının 19-u və 20-də "halal qida məhsulları" sərgisinə evsahibliyi edəcəkdir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "londonhalalfoodfestival" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, İngiltərənin paytaxtı Londonun "Olimpiya" toplanış mərkəzi cari ilin Avqust ayının 19-u və 20-də "halal qida məhsulları" sərgisinə evsahibliyi edəcəkdir.

Bu sərgidə dünyanın halal qidaları, yeməli və içməliləri dünyanın bütün ölkələrinin iştirakı ilə sərgilənəcək.

Londonun "halal qida məhsulları" sərgisində dünyanın müxtəlif ölkələrindən olan və halal yeməli və içməlilər istehsal edən 100 şirkət iştirak edəcəkdir.

Sərgidə halal qıda və yeyinti məhsullarının qədim, ənənəvi və modern şəkildə bişirilməsi, hazırlanması və halal aşpazlığın müxtəlif növ beynəlxalq metodları mətbəx otaqlarında tamaşaçılar üçün icra ediləcəkdir.

Bundan əlavə sərginin uşaqlar üçün məşğuliyyət əyləncəsi, qonaq salonunda müxtəlif növ yeməklərin dadılması, aşpazbaşıların yemək bişirmək təlimləri və teatr səhnəcikləri kimi müxtəlif proqramları da olacaqdır.

Qeyd edək ki, dünya ilk dəfə halal qida məhsulları sərgisi "halal ticarət markası" ilə Malaziyada keçirilmişdir və bu marka bu ölkədə yaradılmışdır. Son illərdə isə bu marka (halal qida məhsulları) bir çox İslam ölkələrində rəsmiləşdi və qeyri- İslami ölkələrdə də xoş qarşılandı.

http://iqna.ir/fa/news/3590339


captcha