IQNA

10:22 - April 19, 2017
Xəbər sayı: 3481560
İordaniyanın Vəqflər Nazirliyi Səudiyyə Ərəbistandan ölkəyə daxil edilən Quran çaplarını kitab bazarından yığışdırdı. Bu çaplarda həm hərif və həm də sintaksis səhvlərin olduğu səbəb kimi göstərilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İordaniyanın Vəqflər Nazirliyi Səudiyyə Ərəbistanından ölkəsinin kitab bazarına daxil edilən Quran çaplarını kitab bazarından yığışdırdı. Ərəbistanın Quran çaplarında həm hərif səhvi və həm də sintaksis səhvlərinin olduğu əsas səbəb kimi göstərilib.

İordaniyanın Vəqflər Nazirliyi göstəriş verib ki, Səudiyyə Ərəbistanın "Haşimiyyə Xeyriyyə" müəssisəsinin vasitəsi ilə bu ölkəyə gətirilən Quran- Kərim nüsxələri kitab bazarından yığışdırılsın.

Vəqflər Nazirliyi bu göstərişlə bağlı bəyaniyyədə elan edib: Səudiyyə Ərəbistanın çap etdiyi Quran- Kərim nüsxələrində həm hərif və həm də sintaksis səhvlər aşkarlanıb. Məsələn, Quran- Kərimin 207-ci səhifəsində, "Loğman" surəsinin 11-ci ayəsində - هَذَا خَلْقُ اللَّهِ - "Ləfz əl-Cəlalə" (Allah = الله) sözündə axırda gələn "yumuru (h)" hərfi "məksur" (kəsrəli) ِ olmalı idi, halbuki bu nüsxədə "məftuh" (fəthəli) –َ yazılmışdır. Yəni "Haza Xəlqullahi" sözü sonda "i" səsi ilə deyil, "ə" səsi ilə (xəlqullahə) qurtarmışdır. Bu cür səhvlər isə sözün mənasında da dəyişiklik edir.

Əbdül-Kərim Yunis – İordaniya Vəqflər Nazirliyinin "Müshəfuş-Şərif" şöbəsinin rəisi, bu barədə deyib: Ərəbistandan ölkəmizə gətirilən Quran nüsxələrindən birində sintaksis səhv aşkar olunduğu üçün nazirliyimiz ilə razılaşdırılmadan ölkəyə gələn Quran nüsxələrinin qarşısı alınacaq və icazəsiz satışa buraxılmış bu səhvli nüsxələr də bazardan yığışdırılacaq.

http://iqna.ir/fa/news/3590794


Ad:
E-poçt:
* Comment:
* captcha: