IQNA

Əlirza Daneş İQNA ilə müsahibəsində:
18:04 - April 28, 2017
Xəbər sayı: 3481595
İİR-nın 34-cü beynəlxalq Quran yarışlarının şagirdlər qrupunda Quranın hifzi üzrə birincisi Əlirza Daneş "Nəml" surəsnin 40-cı ayəsinə işarə edərək dedi: Birinci yeri qazanmağım Allah lütfü idi.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi): İran İslam Respublikasının 34-cü beynəlxalq Qurani-Kərim yarışlarının Müsəlman Tələbələrin 5-ci Beynəlxalq Quran yarışları qrupunda Qurani- Kərimin hifzi üzrə birincisi Əlirza Daneş İQNA ilə müsahibəsində "Nəml" surəsnin 40-cı ayəsinə - هَذَا مِن فَضْلِ رَبِّی - işarə edərək dedi: Yarışlarda birinci yeri qazanmağım Allah lütfü idi. Bizə bütün nemətləri verən Allah- Taaladır və buna görə İlahi dərgaha şükür edirəm.

İran İslam Respublikasının 34-cü beynəlxalq Qurani-Kərim yarışlarının Müsəlman Tələbələrin 5-ci Beynəlxalq Quran yarışları qrupunda Qurani- Kərimin hifzi üzrə birincisi Əlirza Daneş Əfqanıstanlıdır. O, 17 yaşındadır və Quran- Kərimi 7 yaşında və bir il müddətində hifz edib. Quran- Kərimin hifzi üzrə dərslərini Herat şəhərinin "Cameətul- Quran və Əhl-Beyt (ə) elmi" adlı müəssisədə ustadı Hacı Cavad Əhmədyanın hüzurunda oxuyub. Onu bu işə valideynləri təşviq edib.

Əlirza Daneş yarışlarda "birinci yeri qazan biləcəyini ehtimal sualı"na cavab olaraq Quran- Kərimin "Nəcm" surəsnin 39-cu ayəsinə işarə edərək dedi: Mən bu yarışlarda yer tutmaq üçün çox çalışdım. Çünki Quran- Kərim buyurur ki, "insan təkcə çalışdığı qədər qazana bilər". Və şülür Allaha ki, zəhmətlərimin bəhrəsini gördüm və çalışmağım nəticə verdi.

İran İslam Respublikasının 34-cü beynəlxalq Qurani-Kərim yarışlarının Müsəlman Tələbələrin 5-ci Beynəlxalq Quran yarışları qrupunda Qurani- Kərimin hifzi üzrə birincisi Əlirza Daneş 83 ölkənin nümayəndəsinin iştirakı ilə keçirilən yarışların keçirilmə keyfiyyətini yüksək dəyərləndirib və bu qədər çox millət və məzhəbdən olan insanların bir araya toplanmasına səbəb kimi Quran- Kərimin zatən vəhdət yaradıcı olduğunu göstərib.

Əlirza Daneş hifzdə Herat şəhərinin "Cameətul- Quran və Əhl-Beyt (ə) elmi" adlı müəssisədə ustadı Hacı Cavad Əhmədyanın şagirdi olduğuna işarək edərək dedi: Quran- Kərimin qiraət və tərtil ilə oxunuşunda Şeyx Mustafa İsmayıl və Şeyx Məhəmməd Siddiq Minşaviyə təqlid edirəm.

Ad:
E-poçt:
* Comment:
* captcha: