IQNA

0:24 - May 11, 2017
Xəbər sayı: 3481638
Qüds və Əqsa məscidinin ziyarəti müsəlman alimlər arasında ciddi problem və ixtilaflar doğurduğu bir vaxtda Rəcəb Təyyib Ərdoğan müsəlmanları Əqsa məscidinin ziyarətinə çağırdı.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qüds və Əqsa məscidinə turist və ziyarət səfəri müsəlman alimlər arasında ciddi problem və ixtilaflar doğurduğu bir vaxtda, Türkiyənin prezidenti Rəcəb Təyyib Ərdoğan cari həftənin birinci günü, 8 May 2017-ci il tarixində, müsəlmanları Əqsa məscidinin ziyarətinə çağırdı.

İslam dünyasının alimləri isə bu iki məscidi ziyarət etmək barədə ixtilaflı fikirlər irəli sürürlər. Alimlərdən bir qrupu deyir ki, işğalçı sionist rejiminin işğalında olan Qüds və Əqsanı ziyarət etmək haramdır. Çünki bu iş bir növ işağlçı sionist rejiminin siyasətlərini və bu rejimin iqtisadiyyatını dəstəkləmək və bu rejimin qanuniliyini təsdiq etməkdir.

Ziyarəti haram sayanların qarşısındakı bir qrup alim isə Qüds və Əqsanının ziyarətini həqiqətdə İslam ümmətinin himayəsi kimi qiymətləndirir və deyirlər ki, bu iki məscidi ziyarət etmək müsəlmanların və ərəblərin bu şəhərdə haqqı olduğunu sübut edir.

Qeyd edək ki, İslam dünyasının əhl- sünnə məzhəbinin yanında mötəbər sayılan Əl-Əzhər İslam Mərkəzi də bu iki məscidə ziyarət səfəri etməyi haram hesab edir. Amma İsrail və ABŞ-ın nökərçiliyini edən İƏT bu məsələdə sionistlərə qarşı yumuşaqlıq göstərir və müsəlmanları bu iki məscidin ziyarətinə getməyə təşviq edir.

Son illərdə İsrailə qarşı konkret bir mövqedən çıxış etməyən və hər dəfə bir hava çalan Türkiyə prezidneti prezidenti Rəcəb Təyyib Ərdoğan da cari həftənin birinci günü, 8 May 2017-ci il tarixində, İstambulda "Qüdsün Vəqflər İdarəsi"nin beynəlxalq iclasında müsəlmanları Əqsa məscidinin ziyarətinə çağırdı.

Türkiyənin prezidenti Rəcəb Təyyib Ərdoğan əlavə etdi: Müsəlmanların Qüdsə və Əqsa məscidlərinə turist və ziyarətçi kimi səfərlərinin azalması məğlubiyyət göstəricisidir.

O vurğuladı: Fələstin məsələsinin təkcə həll yolu müstəqil Fələstin dövlətinin 1967-ci ilin xəritəsi əsasında və Şərqi Qüdsün mərkəziyyəti ilə qurulmasıdır və bunun üçün İsrailə təzyiqlər göstərməliyik.

Ərdoğanın çıxışının davamında Qüdsdə azanın qadağan edilməsini qəbuledilməz hesab edərək dedi: Heç vaxt Qüdsdə azanın qadağan edilməsini qəbul edə bilmərik. Və bu qərar icra olunarsa, İslam dünyası üçün böyük rüsvayçılıq hesab olunacaq.

O əlavə etdi: İsrail regionda sülh istəyirsə, azan qadağası qanununu ləğv etməlidir.

Qeyd edək ki, Ərdoğan bu sözləri bir halda deyir ki, özü İsrail ilə əlaqələrini sadələşdirib və bu işğalçı rejimə səfir göndərib.

http://iqna.ir/fa/news/3597660

Teqlər: İQNA ، Əqsa ، Qüds ، Türkiyə
Ad:
E-poçt:
* Comment:
* captcha: