IQNA

Myanmarda müsəlmanlar islami mərkəzlərin bağlanmasına etiraz edib

13:03 - June 01, 2017
Xəbər sayı: 3481715
Myanmarın Yanqon şəhərində yaşayan müsəlmanlar ötən gün aksiya keçirib və bu şəhərdə islami məktəblərin bağlanmasını pisləyib.

Myanmarda müsəlmanlar islami mərkəzlərin bağlanmasına etiraz edib

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA) Maide.Az-a istinadla xəbər verir ki, Myanmar rəsmiləri ifratçı buddistlərin istəyi əsasında ötən ay Yanqon şəhərində iki islami mərkəzi bağlayıb. Bu şəhərdə yaşayan müsəlmanlar ötən gün bağlanan islami mərkəzlərin qarşısına toplaşaraq camaat namazı qılıb və islami mərkəzlərin bağlanmasına etirazlarını bildirib.

Bağlanmış islami mərkəzlərdən birinin direktoru Tin Şou bildirib ki, polis müsəlmanlara daha altı islami mərkəzdə ibadət etmək və dərs keçməyi qadağan edib. "Polis bu qadağa üçün əlverişli səbəb də göstərməyib. Biz müraciət etdik və Ramazan ayında bu islami mərkəzlərdə ibadət etməmiz üçün icazə istədik, lakin onlar müraciətimizi cavabsız qoyub”.

"Human Rights Watch" Myanmarda islami mərkəzlərin bağlanmasına etiraz edib və Myanmar hökumətindən istəyib ki, təcili olaraq islami mərkəzlərə qoyulmuş qadağanı ləğv etsin və dini azlıqlar əleyhinə edilən məhdudiyyətlərə son qoysun.

Teqlər: myanmar ، müsəlmanlar ، İslam ، quran ، iqna ، məscid
captcha