IQNA

"Həşdi-Şabi" daha bir şəhəri İŞİD-dən azad etdi

12:42 - June 06, 2017
Xəbər sayı: 3481726
İraq Könüllü Xalq Qüvvələri İŞİD terror təşkilatının nəzarətindəki Baacı geri aldıqlarını açıqlayıb.



Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA) İslamazeri.az-a istinadla xəbər verir ki, əsasən şiələrdən ibarət olan və Xalqın Səfərbərliyi mənasına gələn "Həşdi -Şabi" qrupu ölkənin şimalında strateji nöqtələrdən biri olan bölgəni nəzarət altına alanda İraq Hərbi Hava Qüvvələrinin də dəstək verdiyini açıqlayıb.

İraq və Amerika kəşfiyyat mənbələri İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin Baacda gizləndiyini düşünürdü. Şəhər İŞİD nəzarətindəki ərazilər üçün həyati əhəmiyyətə malik əlaqə yolları üzərində yerləşir.

"Həşdi -Şabi" keçən həftə Suriya sərhədinə çatdıqlarını və bölgəni İŞİD-ə sadiq qüvvələrdən təmizləməyə başladıqlarını açıqlamışdı.

captcha