Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA)-nın Maide.Az-a istinadla verdiyi xəbərə görə, Efiopiyada eradan əvvəl 10-cu əsrdə salınan Harla şəhərinin qalıqları aşkarlanıb. Şəhərin daş evlərində Misir, Hindistan və Çinə aid qədim əşyalar tapılıb.
Eyni zamanda, arxeoloqlar bölgədə 12-ci əsrə aid olduğu bildirilən məscid də aşkarlayıb. Məscid Tanzaniya və Somali məscidlərinə oxşayır.
Arxeoloqların sözlərinə görə, bu, Afrikada müxtəlif müsəlman cəmiyyətləri arasında tarixi əlaqələrin olduğunu sübut edir.
Gələn il bölgədə daha geniş araşdırmalar aparılacaq.