İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, Əbdüləli Əli Əskəri dünən Məşhəd şəhərində keçirilən İslam Radio və Televiziyalar Birliyinin Baş Assambleyasının 9-cu iclasının yekun mərasimində qeyd edib ki, media və mədəniyyət savaşında halal və islami məhsullarla qalib gəlmək lazımdır.
Əbdüləli Əli Əskəri İslam Radio və Televiziyalar Birliyini İraq, Suriya, Yəmən və Fələstin xalqlarının məzlumluq səsi adlandırıb və bildirib ki, islami medialar dünya qüdrətinə çevriliblər.
İslam Radio və Televiziyalar Birliyinin Baş Assambleyasının 9-cu iclası Məşhəd-2017 konfransı formasında iyulun 2-dən 4-dən bu şəhərdə keçirilib.
Konfransda 36 ölkədən 330 kanal, həmçinin 600 daxili və xarici qonaq iştirak edib.
İslam Əməkdaşlığı Təşkilatının tabeliyində olan və 57 islam ölkəsinin üzv olduğu Təhsil, Elm və Mədəniyyət Təşkilatı İranın Məşhəd şəhərini 2017-ci il üçün Asiyada İslam dünyasının mədəniyyət paytaxtı kimi seçibdir.