APA-nın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsi bu qərarın səbəbini açıqlamadan bildirib ki, Məşhədə və Kərbəlaya ziyarət səfərlərində dəyişiklər baş verib və Bakıdan Məşhədə doğru birbaşa səfərlər dayandırılbdır.
Bu idarə eyni zamanda bildirib ki, yalnız Bakı-Kərbəla-Məşhəd-Bakı ikitərəfli ziyarət səfərləri həyata keçiriləcək.
Qeyd edək ki, bir müddət bundan öncə Azərbaycan R-nın Qafqaz Müsəlmanları İdarəsi bildirmişdi ki, müqəddəs Məşhəd, Kərbəla və Nəcəf şəhərlərinə ziyarət səfərləri təşkil olunacaq və avtobus və ya təyyarə ilə səfər seçimi imkanı mövcud olacaqdır.