İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla verdiyi məlumatına əasasən, İndoneziya polisi bildirib ki, bu bombalar qərar üzrəQərbi Cava vilayətinin mərkəzi olan Bandunq şəhərindəki bir kilsə, restoran və kafeyə qarşı terror hücumlarında partlamalıydı, lakin yerləşdirilməzdən öncə Kampunq Kubanq məntəqəsindəki bir kirayə evində partlayıb və heç bir tələfat törətməyibdir.
İndoneziya polisi bu bombaları düzəltmiş 22 yaşlı bir şəxsi həbs edibdir.
İŞİD terror qrupu son illərdə İndoneziyada bir neçə terror əməliyyatı həyata keçiribdir.
Bir çox analitik deyir ki, Suriya və İraqda işğal etdiyi məntəqələri itirmişİŞİD terror qrupu Cənub-Şərqi Asiyada bir istinad nöqtəsi tapmağaçalışır.