IQNA

Avropa Məhkəməsi niqab qadağası barədə qərar verdi

11:50 - July 12, 2017
Xəbər sayı: 3481866
Strasburq şəhərində yerləşən İnsan Haqları üzrə Avropa Məhkəməsi niqab qadağası barədə yekun qərarı qəbul edib.

Avropa Məhkəməsi niqab qadağası barədə qərar verdi

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslamazeri.com-a istinadən verdiyi xəbərə əsasən, Strasburq şəhərində yerləşən İnsan Haqları üzrə Avropa Məhkəməsi (İHAM) Belçika hökumətinin tətbiq etdiyi niqab qadağasını qanuni hesab etdi.

Məhkəmə instansiyasının məlumatında qeyd edilir ki, belə bir qadağa insanın şəxsi həyatına və dini baxışlarına dair haqlarının pozulması hesab edilmir, əksinə, demokratik ictimaiyyətin normalarına uyğun gəlir.

Xatırladaq ki, Belçikada yaşayan 2 müsəlman şikayət ərizəsi ilə İHAM-a müraciət ediblər. Onlar bildiriblər ki, üzü tam şəkildə örtən istənilən növ geyimi qadağan edən qanun insanların şəxsi həyatına, dini mənsubiyyətinə və ifadə azadlığına dair haqlarının pozulmasıdır.

captcha