İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, İslami Məzhəblərin Yaxınlaşdırılması Ümümdünya Assambleyası dünən bir bəyanatda Qüdsə və Məsciduləqsaya dəstəyi vacib adlandırıb və belə qeyd edibdir: Sionist rejimin təhrikedici hərəkətləri və ekstremist siyasətləri islami müqavimət mehvərini dağıda bilməyib və bilməyəcək də.
İslami Məzhəblərin Yaxınlaşdırılması Ümümdünya Assambleyası həmçinin bu bəyanatda sionist rejimin son günlər mübarək Ələqsa məscidinə qarşı vəhşicəsinə təcavüzləri və fələstinli namazqılanlara qarşı hörmətsizliklərini kəskin tərzdə pisləyərək, Fələstinin mücahid xalqı ilə öz həmrəyliyini elan edibdir.