IQNA

10:01 - August 12, 2017
Xəbər sayı: 3481958
Verilən son məlumatlara asasən, Hindistan elan edib ki, 40 min rohingiyalı müsəlmanı ölkədən çıxartmaq istəyir.

Hindistan 40 min rohingiyalı müsəlmanı ölkədən çıxardır

İQNA Maide.İnfo-az istinadla xəbər verir ki, Hindistan elan edib ki, hazırda Banqladeş və Myanmarla 40 min rohingiyalı müsəlmanının ölkədən çıxarılması məsələsini müzakirə edir.

90-cı illərin əvvəlində Myanmar hökumətinin zülmündən qaçan minlərlə rohingiyalı müsəlman Hindistana sığınıb.

Hindistan Dövlət Sözçüsü elan edib ki, rohingiyalı müsəlmanlar ölkəmizdə qanunsuz yaşayır və tez bir zamanda ölkəni tərk etməlidir.

Onun sözlərinə görə, Hindistana sığınmış rohingiyalı müsəlmanlardan yalnız 14 min nəfərin qeydiyyat və yaşama sənədləri var.

Qeyd edək ki, Beynəlxalq Amnistiya Təşkilatı Hindistanın bu siyasətini pisləyib və rohingiya müsəlmanlarının Myanmarda qətliam edilməsini, işgəncələrə məruz qalmasını əsas gətirərərk onların məcburi şəkildə Hindistandan çıxarılmasını qanunsuz adlandırıb.

Teqlər: iqna ، Quran ، İslam ، namaz ، Hindistan ، Myanmar ، Rohin
Ad:
E-poçt:
* Comment:
* captcha: