IQNA

14:33 - August 19, 2017
Xəbər sayı: 3481987
Kanadanın Monreal şəhərində yaşayan 70 yaşlı Səbriyyə Hüseyn hər gün 300 nəfər üçün nəzərdə tutulmuş yemək hazırlayır.

Yaşlı müsəlman xanım gündə 300 ehtiyaclının qarnını doyurur

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslamazeri.com-a istinadən verdiyi xəbərə əsasən, Kanadanın Monreal şəhərində yaşayan 70 yaşlı Səbriyyə Hüseyn hər gün 300 nəfər üçün nəzərdə tutulmuş yemək hazırlayır. Müsəlman xanım hazırladığı yeməklər və suları evsiz insanlara paylayır.

Xanım Səbriyyə 30 ilə yaxındır ki, Kanadada yaşayır. O, əslən Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərindəndir.

Müsəlman qadın məscidlər üçün yeməklər hazırlayaraq, hazırda yaşadığı şəhərin İslam icmasının həyatında aktiv şəkildə iştirak edir.

Bununla yanaşı, o, yerli kilsə icmaları ilə də işləyərək, din, irq və cins fərqi qoymayaraq, ehtiyacı olanlara yardım edir.

Müsəlman xanımı yaşının çox olmasına baxmayaraq, "Bizim ikinci evimiz” adlı qadınlar üçün nəzərdə tutulmuş sığınacağa da rəhbərlik edir.

Teqlər: iqna ، Quran ، İslam ، müsəlman ، məscid ، namaz
Ad:
E-poçt:
* Comment:
* captcha: