IQNA

Ayətullah İsa Qasimin evinin mühasirəsi 3 aydır davam edir

11:38 - August 21, 2017
Xəbər sayı: 3481993
Bəhreyn şiələrinin rəhbəri Ayətullah İsa Qasimin İranda olan nümayəndəsi ölkədə olan son vəziyyət barədə müsahibə verib.

Ayətullah İsa Qasimin evinin mühasirəsi 3 aydır davam edir

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslamazeri.com-a istinadən verdiyi xəbərə əsasən, Ayətullah İsa Qasimin evinin mühasirəsinin 3 aydır davam etdiyini deyən Şeyx Abdullah Dəqqaq bildirib: "Ayətullah İsa Qasim hazırda təzyiq altındadır. Onun evinin mühasirəsinin nə vaxt bitəcəyi məlum deyil. BMT dərhal bu mövzuya müdaxilə etməlidir.”

Ali-Xəlifə rejiminin bu mühasirəni davam etmək istədiyini deyən Şeyx Dəqqaq bildirib: "Bu səbəbdən Şeyx İsa Qasimin sağlamlığı barədə nigarançılıq yaşamaqdayıq. O yaşlıdır və cismi baxımdan da zəifdir. Biz həkimlərin Onun sağlamlığı ilə maraqlanması üçün müraciət etmişik.”

Dini mərcelərin Ayətullah İsa Qasimin müdafiəsilə bağlı fətvalarının hələ də qüvvədə olduğunu deyən Şeyx Dəqqaq bildirib: "Ayətullah İsa Qasimi müdafiə etmək vacibdir. Onun evi və ümumi olaraq Dərraz bölgəsi mühasirə olunub. BMT və baş katibindən istəyimiz budur ki, bu məsələyə müdaxilə edərək, mühasirədən azad olunmasına yardımçı olsun. Təəssüf olsun ki, bu təşkilat ABŞ-ın təzyiqi altındadır. Amerikalılar da Səud pulları ilə qane olublar. Səud rejimi yəmənli uşaqları qətlə yetirir, lakin BMT bunun müqabilində susur. Ayətullah İsa Qasimin evinin mühasirəsi davam edir və xalq hələ də rejimin təzyiqi altında yaşayır. Ümid edirik ki, BMT azad formada qərar qəbul edərək, Bəhreyn xalqının dərdlərinə son qoyacaq.”

captcha