Avqustun 20-də yüzlərlə müsəlman İspaniyanın paytaxtı Madridin mərkəzində Barselonada və Kambrilsdə terrorçular tərəfindən törədilmiş terror aktlarına qarşı etiraz aksiyası keçiriblər.

Nümayiş "Onlar bizi təmsil etmirlər, biz hamımız terrorizmə qarşıyıq” şüarı altında baş tutub.
Nümayişçilər terror qurbanlarının xatirəsini anıblar, "Biz hamımız terrora qarşıyıq və sülh istəyirik!”, "Bizim adımızdan istifadə etməyin!”, "Terrorun nə vaxtdan dini olub?” kimi şüarlar səsləndiriblər.
Aksiya
iştirakçıları toplaşdıqları meydana güllər düzüb, şamlar yandırıblar.
Mənbə: Azertag