IQNA

20:11 - August 25, 2017
Xəbər sayı: 3482031
Əfqanıstanın paytaxtı Kabulun şimalında şiələrin məscidinə silahlı hücum edilib və namazqılanlardan bəzisi girov götürülüb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Əfqanıstan polisi bu gün, günün birinci yarısında ölkənin paytaxtı Kabulun şimalında "Nəccarlar qalası" regionunda şiələrin "İmam Zaman (ə.f)" məscidinə silahlı hücum edildiyi barədə məlumat yayıb.

Şiələrin Cümə namazına edilən bu silahlı basqıda məscidin mühafizəçisi öldürülüb və silahlı hücumçular məscidə girərək namazqılanları girov götürüblər.

Şahidlərin sözlərinə görə dörd nəfərlik dəstədən ibarət silahlı terrorçular məscidə girdikdən sonra məscidə partlayış törədiblər. Bundan sonra isə polis ilə terrorçular arasında atışma olub. Bu qarşıdurmada ölənlər və ya yaralananlar barədə dəqiq məlumat verilməyib.

Əfqanıstan daxili işlər nazirliyini sözçüsü Nəcibullah Daneşin verdiyi məlumata görə, dövlətin xüsusi təyinatlı qüvvələri bu hücumla bağlı əməliyyata başlayıb və namazqılanların azad edilməsi üçün işə başlayıblar.

http://www.iqna.ir/fa/news/3634261


Ad:
E-poçt:
* Comment:
* captcha: