IQNA

7:23 - August 26, 2017
Xəbər sayı: 3482035
İspaniyanın "L-Payis" qəzeti Fransanın yumoristik jurnalı Çarlie Hebdonun yenidən İslam və müsəlmanları təhqir etməsinə reaksiya verərək, bu hərəkəti axmaqlıq adlandırdı.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Fransanın yumoristik jurnalı Çarlie Hebdo keçən həftənin üçüncü günü yenə də İslam dinini hədəfə alaraq müsəlmanlarda nifrət və etirazlar yaratdı. Bu Fransız jurnalı özünün yeni nəşrində jurnalın üz qabığına İspaniyanın Barselona şəhərində baş verən terror hadisəsini əks etdirən karikator foto vururaq istehza ilə yazıb: "İslam sülh dinidir, ... əbədi olaraq".

İspaniyanın "L-Payis" qəzeti Çarlie Hebdonun bu təhrikedici addımına reaksiya verərək yazdı: Fransanın yumoristik jurnalı Çarlie Hebdo həmişə qalmaqallı vəziyyət yaratmaq dalıncadır və çox ədəbsiz bir metod ilə İslamı və müsəlmanları istehza etməklə məşğul olur.

Qəzet əlavə etdi: Bu cür karikatorların yenidən yayılması əqidə və söz azadlığı mənasına deyil, əslində müxatəblərini və oxucularını təhqir etməkdir.

"L-Payis" qəzeti vurğulayır: Çarlie Hebdo jurnalı həmişə çalışır ki, İslam və terrorizmi bir-biri ilə əlaqələndirsin və bütün dünyanı narahat edən bir hadisə barədə qalmaqal yaratmaqla istəyir ki, öz adını media və KİV dairələrində məşhur etsin.

Fransanın yumoristik jurnalı Çarlie Hebdo keçən həftənin üçüncü günü yenə də İslam dinini hədəfə alaraq jurnalın daxili səhifələrindən birində "Barselon... turizm ya İslamlaşmaq, hansı birini seçək" adlı bir yazı dərc etmişdi ki, sosial şəbəkə istifadəçiləri bu addımı pisləyərək, bunu İslam və terroru bir- biri ilə əlaqələndirmək üçün atılmış addım hesab etdilər.

Çarlie Hebdo jurnalı hər həftənin 3-cü günü Fransada çap və nəşr edilir və dünyada yumordan istifadə edərək təhqir etdiyi üçün məşhurdur.

Bu jurnal söz və ifadə azadlığından suistifadə edərək dünyanın müxtəlif millətlərini, millətlərin müqəddəslərini, peyğəmbərləri və dini ayinləri, o cümlədən dəfələrlə Həzrət Məhəmmədi (s), Həzrət İsanı (ə) və Həzrət Musanı (ə) istehza və təhqir edib və indiyədək buna görə dünyada bir çox iğtişaşlara səbəb olmuşdur.

Çarlie Hebdo jurnalı keçən il İŞİD terror qruplaşmasının ünsürləri tərəfindən hücuma məruz qalmış və işçilərinin bəziləri öldürülmüşdü.

http://www.iqna.ir/fa/news/3634234


Teqlər: İQNA ، Çarlie Hebdo ، Fransa ، İspaniya ، terror ، təhqir ، İslam
Ad:
E-poçt:
* Comment:
* captcha: