İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu il Vəhy diyarına Həcc ayinlərini yerinə yetirmək üçün Avqust ayının 27-də İndoneziyadan səfər etmiş xanım nənə Məryəm Mərcani bu ilin, yəni 2017-ci ilin xanım hacıları arasında ən yaşlısı oldu.
İndoneziyalı Məryəm Mərcani nənənin 104 yaşı vardı. O ilk dəfədir ki, çoxdankı arzusuna çataraq Həcc ayinləri yerinə yetirmək üçün Məkkəyə gəlmişdir.
Məryəm nənəni Cəddə hava limanında Ərəbistanın dövlətinin məsulları və İndoneziyanın Ərəbistandakı baş konsulu təmtəraqla qarşılayıblar.
O, Cəddə hava limanında juranlistlərlə müsahibədə dedi: Mən bu gün çoxdankı arzuma çatdım və Kəbəni görmək arzusu və şövqi mənə yolun yorğunluğunu unutdurub.
http://www.iqna.ir/fa/news/3634782