IQNA

Bu ilin ən yaşlı "Hacı Xanım"ı bəlli oldu + Foto

11:22 - August 27, 2017
Xəbər sayı: 3482040
Bu il Vəhy diyarına Həcc ayinlərini yerinə yetirmək üçün İndoneziyadan səfər etmiş xanım nənə Məryəm Mərcani bu ilin xanım hacıları arasında ən yaşlısı oldu.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu il Vəhy diyarına Həcc ayinlərini yerinə yetirmək üçün Avqust ayının 27-də İndoneziyadan səfər etmiş xanım nənə Məryəm Mərcani bu ilin, yəni 2017-ci ilin xanım hacıları arasında ən yaşlısı oldu.

İndoneziyalı Məryəm Mərcani nənənin 104 yaşı vardı. O ilk dəfədir ki, çoxdankı arzusuna çataraq Həcc ayinləri yerinə yetirmək üçün Məkkəyə gəlmişdir.

Məryəm nənəni Cəddə hava limanında Ərəbistanın dövlətinin məsulları və İndoneziyanın Ərəbistandakı baş konsulu təmtəraqla qarşılayıblar.

O, Cəddə hava limanında juranlistlərlə müsahibədə dedi: Mən bu gün çoxdankı arzuma çatdım və Kəbəni görmək arzusu və şövqi mənə yolun yorğunluğunu unutdurub.

http://www.iqna.ir/fa/news/3634782










Teqlər: iqna ، həcc ، indoneziya ، hacı xanım
captcha