IQNA

Ayətullah Təsxiri:

Radikalizm bu gün bəşər cəmiyyətinin əsas problemidir

0:52 - August 28, 2017
Xəbər sayı: 3482043
Ayətullah Təsxiri vurğuladı: Bir tərəfdən hakimiyyətlərə bağlı terrorçuluq və digər tərəfdən də cəmiyyətdəki radikallıq insanlara əzab verir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu gün, 27 Avqust 2017-ci il, həftənin şənbə günü, İran İslam Respublikasının paytaxtı Tehranda "İslami Əlaqələr və Mədəniyyət Təşkilatı", "Mədəniyyətlərin və Dinlərin Danışıq Mərkəzi" və İsveçrənin "Piskoposlar Şurası"nın iştirakı ilə "beşinci beynəlxalq dini dialoq" toplantısı keçirilib.

"İslami və Məsihi cəmiyyətlərdə radikalizmin amilləri, problemlər və həll yolları" devizi ilə keçirilən toplantıya "İslami Əlaqələr və Mədəniyyət Təşkilatı"nın rəisi Əbuzər İbrahimi Türkəman rəhbərlik edib.

İran İslam İnqilabının rəhbəri və dünya müsəlmanlarının Ali Dini Lideri Həzrət Ayətullah Üzma Seyid Əli Hüseyni Xameneinin İslam dünyasının işləri üzrə müşaviri və Beynəlxalq Təqrib (məzhəblərin yaxınlaşması) Təşkilatının rəisi Ayətullah Şeyx Məhəmməd Əli Təsxiri bu toplantıda çıxışı zamanı vurğuladı: Müasir dünya radikalizmin genişlənməsindən və yayılmasından əzab çəkir. Baxmayaraq ki, üçüncü min illikdən gözləntimiz ədalət, sülh və sabitlik idi, amma təəssüflər olsun ki, radikalizm və terrorizm bu günki cəmiyyətlərin böyük bir hissəsinə kölkə salıbdır və bu günki cəmiyyətlərin simvoluna çevirilibdir.

O əlavə etdi: Cəmiyyətdəki əxlaqi çatışmamazlıq və tərbiyəvi nöqsanlar insanların radikalizmə yuvarlanmasının əsas amilidir. Bu əxalqi nöqsan təkəbbür, özünü bəyənmək və haqlı görmək, özünü digərlərindən üstün görmək radikalizmə və sonda isə Allah qarşısında təkəbbür etməyə gətirib çıxarır.

Beynəlxalq Təqrib (məzhəblərin yaxınlaşması) Təşkilatının rəisi Ayətullah Şeyx Məhəmməd Əli Təsxiri dedi: Fərdi və ailəvi radikallıq, zorakılıq mədəniyyət və tərbiyənin zəifliyindən irəli çıxır.

O vurğuladı: Bir tərəfdən hakimiyyətlərə bağlı terrorçuluq və digər tərəfdən də cəmiyyətdəki radikallıq insanlara əzab verir.

Ayətullah Şeyx Məhəmməd Əli Təsxiri radikalizmin təkcə İslami və Məsihi cəmiyyətlərə aid olmadığını və hər cəmiyyətdə mövcud olduğunu xatırladaraq dedi: Ədalətsizlik, dini mətnləri yanlış anlamaq, hakimiyyət tələbində olmaq, dini düşmənçilik, dinofobiy, dindən qaçaq olmaq, imperialistlərin tamahı, insaların bir-birini tanımaması, mənəvi nöqsanlar, dini rəhbərlərin arasında lazımı həmkarlıqların olmaması, mənfi sekularizimin çoxalması və s... radikalizmin yaranması və yayılmasının əsas səbəbləridir. Və düzgün təfəkkür və maarifləndirmə ilə mənfi amillərin qarşısı alınmadıqca mövcud vəziyyəti dəyişmək mümkün olmayacaq.

O vurğuladı: Mövcud vəziyyəti dəyişmək bu günün zərurətidir. Və bu dəyişiklik o zaman həyata keçə bilər ki, bu nöqsanın amilləri aradan götürülsün. Quran –Kərim buyurur:

«إِنَّ اللَّهَ لا يُغَيِّرُ ما بِقَومٍ حَتّى يُغَيِّروا ما بِأَنفُسِهِم»

"Allah- Taala heç bir millətin taleyini dəyişməcəyək, o zamandək ki, onlar özlərində olanı (mənfi xüsusiyyətləri və nöqsanları) dəyişsinlər".

İran İslam İnqilabının rəhbəri və dünya müsəlmanlarının Ali Dini Lideri Həzrət Ayətullah Üzma Seyid Əli Hüseyni Xameneinin İslam dünyasının işləri üzrə müşaviri dedi: Din alimləri və ziyalılar siyasətçilərin hədəflərinin təsirinə düşməməlidir. Onların vəzifəsi radikalizmin qarşısında dayanmaq və sülhamiz dialoq üçün münasib fəza yaratmaqdır.

O sonda vurğuladı: Əgər Allahı tanısaq və digərlərinə tanıtsaq heç vaxt radikalizmə düçar olmarıq.

Qeyd edək ki, "dördüncü beynəlxalq dini dialoq" toplantısı 2015-ci ilin payızında "Dinin Cəmiyyət Təsiri" devizi ilə İsveçrədə keçirilmişdi.

http://www.iqna.ir/fa/news/3635062

Teqlər: iqna ، dini dialoq ، təsxiri ، təqrib
captcha