IQNA

Məkkənin əmiri:

İranlılar bizim din qardaşlarımızdır

7:44 - September 03, 2017
Xəbər sayı: 3482082
Xalid əl-Feysəl iranlı hacılarla keçirdiyi mətbuat konfransında iranlıları ərəbistanlıların dini qardaşları adlandırdı və rahatçılıqla Həcc mövsümünü başa çatdıracaqlarına ümidvar olduğunu dedi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Məkkə şəhərinin əmiri Xalid əl-Feysəl iranlı hacılarla keçirdiyi mətbuat konfransında iranlıları ərəbistanlıların dini qardaşları adlandırdı və iranlıların sağ-salamat və rahatçılıqla Həcc mövsümünü başa çatdıracaqlarına ümidvar olduğunu dedi.

Müqəddəs Məkkə şəhərinin əmiri Xalid əl-Feysəl mətbuat konfransında dedi: İranlı hacılar bizim dini qardaşlarımızdır və biz onların gəlişinə sevinir, onları xoş qarşılayır və xoş gəlidiniz deyirik.

O əlavə etdi: Biz ümid edirik ki, iranlı hacılar bu ilin Həcc mövsümünü sağ-salamat və rahatçılıqla başa vuracaqlar və Ərəbistanı xoş xatirələr ilə yad edəcəklər.

Məkkə şəhərinin əmiri Xalid əl-Feysəl vurğuladı: Bu il Həcc mövsümündə iranlı zəvvarlar xüsusi bir müşkül və problem ilə üzləşməyiblər.

http://www.iqna.ir/fa/news/3637046


Teqlər: iqna ، məkkə ، xalid feysəl
captcha