İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "vanguardngr" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Nigeriya polisi bu ölkənin Oqun əyalətində Qurban bayramı namazının qılındığı yerdə avtomobil qəzası ilə baş verən hadisə zamanı üç nəfərin öldüyünü xəbər verib.
Nigeriya polisinin ümumi əlaqələr şöbəsinin məsulu Abimbula Uyumi bu xəbəri elan edərək dedi: Müsəlmanlar Qurban bayramı namazını qılarkən bir maşın idarəetməni itirərək namazqılanların sıralarına girib və bu hadisədə üç nəfər ölüb və bir neçə nəfər də yaralanıb.
O əlavə etdi: Əsəbiləşən namazqılanlar maşının sürücünə hücum etəsələr də polislər müdaxilə edərək qarşıdurmanı sakitləşdirə biliblər.
Qeyd edək ki, Nigeriya dövləti Qurban bayramı münasibəti ilə sentyabr ayının birindən dördünədək, iki gün Qurban və şənbə və bazar günlərini, ölkədə rəsmi bayram tətili elan edib ki, bütün müsəlmanlar bu dörd gündən istifadə edib bayramı keçirə bilsinlər.
Nigeriyanın 170 milyon əhalisi var ki, bu əhalinin yarısı və əsasən də ölkənin şimalında yaşayan hissəsi müsəlman və qalan yarısı məsihidirlər.
http://www.iqna.ir/fa/news/3637201