IQNA

Dünya ictimaiyyəti Rohingiyalı uşaqların qətliamına etiraz edir

9:12 - September 04, 2017
Xəbər sayı: 3482088
Ötən gün Almaniyanın paytaxtı Berlində yüzlərlə insan Myanma səfirliyi qarşısında kütləvi etiraz aksiyası keçirib.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,onlar Onlar Myanmarda müsəlmanların qətliamını pisləyib və müsəlmanlara qarşı soyqırımın dayandırılmasını tələb edib.
Etiraz aksiyasının sonunda qətnamə qəbul olunub. Qətnamədə Rohingiyalı müsəlmanlara qarşı törədilmiş cinayətlər göstərlib və onların dayandırılması tələb olunub. "Vətəndaşlıq hüquqlarının olmaması, müsəlmanların məcburi işçi qüvvəsi kimi istifadəsi, həbsi, işkəncəsi, betondan ev tikmə hüquqlarını olmaması və yalnız ağacdan ev tikmə hüququna malik olmaları, müstəqil iqtisadi fəaliyyət hüquqlarının olmaması və buddistlərlə məcburi şəriklik, təhsil hüququnun olmaması, dövlət işində işləmə hüququnun olmaması, telefona, kompüterə və avtomobilə sahib olma hüququnun olmaması, şəhərdən çıxmaq üçün icazə almaq və Rohingiyalı müsəlmanların digər bu kimi problemləri həmin qətnamədə göstərilib və onların ləğvi tələb olunub”.
Qeyd edək ki, ötən gün oxşar etiraz aksiyası İndoneziyanın Cakarta şəhərində Myanmar səfirliyi önündə təşkil olunub. İndoneziyalı müsəlmanlar Myanmarda müsəlmanların qətliamını pisləyib.
Digər ölkələrdə o cümlədən Rusiya, Türkiyə, İran və s. ölkələrdə də Myanmar təhlükəsizlik qüvvələrinin Rohingiyalı müsəlmanlara qarşı törətdiyi cinayətlərə etiraz əlaməti olaraq etiraz aksiyaları keçirilir. (maide.az)

Teqlər: iqna ، myanmar ، ruhingiya ، raxin
captcha