IQNA

Həcdə həyatını itirən misirli hacıların sayı 49 nəfərə çatdı

1:18 - September 05, 2017
Xəbər sayı: 3482095
Misirin Səhiyyə nazirliyi dünən (4 sentyabr 2017), elan etdi: Bu ilin "Təməttö Həcci" mərasimində həyatını itirən misirli hacıların sayı 49 nəfərə çatdı.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-vəfd" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə ğörə, Misirin Səhiyyə nazirliyi dünən (4 sentyabr 2017), elan etdi: Bu ilin "Təməttö Həcci" mərasimində həyatını itirən misirli hacıların sayı 49 nəfərə çatdı.

Misirin Səhiyyə nazirliyi dünən, günün birinci yarısında elan etdiyə xəbərə görə, Həftənin bazar günü, 3 sentyabr 2017-ci il, daha üç nəfər misirli hacı Vəhy diyarında Haqqın çağırışına "ləbbeyk" deyiblər. Və beləliklə də bu ilin "Təməttö Həcci" mərasimində həyatını itirən misirli hacıların sayı qırx doqquz nəfərə çatıb.

Əhməd əl-Ənsari – Misirin Həcc karvanının tibbi heyətinin rəisi, "təşriq" günlərində hacıların ölüm hallarının çoxalması barədə dedi: Həcc əməllərinin və ayinlərinin çətin olması, bundan doğan iztirab və stress və həmçinin qocalıq və zəiflik misirli hacıların həyatlarını itirməsinin əsas amilləri olub.

Misirin Həcc karvanının tibbi heyətinin rəisi ölüm hallarının nəfəs almanın çətinliyi, hava çatışmamazlığı, tənəffüs problemləri və ürək infarktları nəticəsində baş verdiyinə işarə edərək dedi: Hacıların əsas ölüm səbəbləri göstərilən amillər olub və bu barədə ölüm haqqında şəhadətnamələr aidiyyatı üzrə orqanlarla razılaşdırıldıqdan sonra ölənlərin ailəsinə təhvil veriləcək.

http://www.iqna.ir/fa/news/3638286


Teqlər: iqna ، misir ، hacı ، vəfat ، səhiyyə nazirliyi
captcha