IQNA

Moskva müsəlmanları Myanmar soyqırımına etiraz aksiyası keçirib

1:22 - September 05, 2017
Xəbər sayı: 3482096
Myanmar səfirliyinin önündə keçirilən etiraz aksiyasından məqsəd Myanmarda müsəlmanlara qarşı zorakılığa son vermək və dünya ictimaiyyətinin diqqətini bu faciəyə yönəltməkdir.
Moskvada 1000-ə yaxın müsəlman Myanmar səfirliyi qarşısında etiraz aksiyası keçirib. İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, etiraz aksiyasından məqsəd Myanmarda müsəlmanlara qarşı zorakılığa son vermək və dünya ictimaiyyətinin diqqətini bu faciəyə yönəltməkdir.
Onlar, Myanmarda müsəlmanların soyqırımına etiraz etmək üçün, bu ölkənin Rusiyada olan səfirliyi qarşısına toplaşmışlar.
Etirazçılar cəmlə namaz qılıb və şüarlar səsləndirib. Onlar, səfirlik təmsilçiləri ilə görüş tələb ediblər.
Aksiya razılaşdırılmamış olsa da, buraya toplaşan polis hadisəyə müdaxilə etməyib.
Moskvada Myanmar səfirliyi qarşısında keçirilən aksiyada, iştirakçılar federal televizya kanallarının hadisə yerinə gəlməyinə nail olublar. (inter.az)

Teqlər: iqna ، moskva ، myanmar ، raxin
captcha