IQNA

8:40 - September 07, 2017
Xəbər sayı: 3482108
Bu suriya şəhərinin başına gələnlər, qədim əfsanələrlə eyni dərəcədə epikdir. (Yerlilər Dirazzur şəhərini Dirazzur əs-Samid də adlandırırlar ki, müqavimət göstərən Dirazzur deməkdir-red.)

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, "LİFE"-a istinadla rusiyalı blogger Semyon Peqov Suriya ordusu və müttəfiqləri tərəfindən İŞİD-in mühasirəsindən dünən çıxarılmış Dirazzur şəhərinin nə üçün İŞİD-in qəbiristanlığına çevriləcəyini və şəhərin az qala 5 ilə yaxın terrorçuların mühasirəsinə necə tab gətir ə biıdiyi barədə hazırladığı yazını təqdim edir.
"Yerlilərin özlərincə Dir adlandırdıqları Dirazzur - bəşəriyyətin tarixinə Troya (Stalinqrad da demək olar; müqaviət göstərən şəhərlərə veriln ümumi ad-red.) ilə yanaşı düşəcək şəhər. Bu suriya şəhərinin başına gələnlər, qədim əfsanələrlə eyni dərəcədə epikdir. (Yerlilər Dirazzur şəhərini Dirazzur əs-Samid də adlandırırlar ki, müqavimət göstərən Dirazzur deməkdir-red.)
Der terrorçu mühasirəyə beş il durub və müqavimətin son üç ili əsl kabus kimi keçib.
Biz 2015-ci ildə (ancaq helikopterlə can verən, şəhərin çatmaq mümkün idi) oraya uçanda Suriya ordusu şəhərin Fərat çayının sahilindəki məhəllələrinin yalnız cüzi bir hissəsinə və hava limanına nəzarət edirdi.
Фото © L!FE
İŞİD-çilər vaxtaşırı olaraq hava limanını ordunun əsas qüvvələrindən ayırır, yəni bir blokada içində bir neçə lokal blokada yaranırdı.
Suriyalı general Məhəmməd Haddur terror növbəti yarılması zamanı bizə bildirmişdi: "Mənim sözlərimi yadınızda saxlayın: Dirazzur İŞİD üçün qəbiristanlıq olacaq". O zaman bu, hərbçi yumoruna qarışıq ötkəmlik, bir növ kinayəli hərbi yumor kimi səslənirdi. Qüvvələr nisbəti təbii ki radikalların xeyrinə ona bir idi.
Şərq vilayətinin əsas hökümət generalı Məhəmməd Haddurun özünə qarşı yeddi dəfə qəsd edilmişdi. Bir dəfə işidçilər qadın aşpazı özlərinə cəlb etmişdilər ki, onu zəhərləməyə cəhd etmişdi.
Haddur terrorçuları onların bir öncəki müttəfiqləri ilə razılığa gəlməyi bacararaq məğlub etmişdi. Dirin yerləşdiri səhrada əsasən bədəvi qəbilələri məskunlaşırlar, onlardan ən məşhuru Şueytat. Bu tüklü və vəhşi uşaqlar suriya böhranının əvvəlində hökumətə qarşı döyüşürdülər. Birdəki, o hissələrin yerləri neftlə doludur. Qarışıq zamanlarda bədəvilər təbii sərvətləri təkbaşına ələ keçirmək şansından istifadə edirdilər.

İŞİD-in də təbii ki, neft ehtiyatı ilə bağlı öz planları var idi və onların yerli əhalinin ilə anlaşma üsulları hökümətə nisbətən özünəməxsus, lap özünəməxsus idi. İŞİD-çilər bütün şueytatlıları bütün kənd daxil olmaqla qılıncdan keçirmişdilər.
General Haddur bədəviləri ordu tərəfə keçməyə inandıra bilmiş, onlar onun səxsi qvardiyası olmuşdular ki, (radikallara qarşı) qəddarlıqları haqqında əfsanələr gəzir.
Biz bu oğlanlarla görüşmüşük, unudulmaz təəssüratları var idi. Onlar Dirdə mikroavtobusda gəzir, hindulara oxşar qışqırıqlar çıxarır, terrorçuları top atanlardan atəşə tutan öz uşaqlarını qürurla göstərirdilər.
Blokada vəziyyəti heç də hamıya sıxıcı təsir göstərmir. Bəziləri insani nüsxələri (fərdləri-red.) çox ümidsiz vəziyyətlərdə özlərini paradoksal özülərini paradoksal olaraq şən aparırlar. Qəhrəmanlar belə insanlar olur.
Dirin əsas qəhrəmanı general-druz (müsəlmanların əksəriyyəri druzları ektant, yəni Bəşər Əsədin də aid olduğu ələvi hesab edirlər) İssam Zahruddindir".
Semyon Peqov bildirir ki, generalın hər səhəri məşqlə başlayır cə 50 yaşında çox yaxşı formadadır.
Семен Пегов с генералом Иссам Захреддином. Фото © L!FE
"Gülən gözlər, əyilmiş bığlar, tükənməz xarizma.
Bir dəfə o, bizi işidçi libasında qubernatorun qəbuluna yola salmışdı. Qaranlıqda (mühasirədəki şəhərdə işıqlandırılma təbii ki, çox pisdir) qubernator sarayına girişindəki posta keçən zaman İssam Zəhruddin terrorçuların əsas şüarını bərkdən qışqırmışdı: "İslam Dövləti var və yayılır"
Qubernator mühafizəsi qabiliyyətimi itirmiş, əllər avtomatlara uzanmışdı...
Vəziyyəti sabitləşdirən İssamın Qəhqəhəli gülüşü olmuşdu, biz isə (generalın zarafatı başa salındıqdan sonra) gülüşlük deyildik.
Dirazzurda İŞİD-lə bax belə tarixi personajlar yaşayır və döyüşürdülər. Şən və güzəştsiz.
Blokadanı baxmayaraq, şəhərdə çörək həmişə olub. Dinc sakinlər (hərbçilərlə birlikdə orada təxminən iki yüz min insan qalmışdı) bütöv bir zavodu sözün əsl mənasında hissələrlə mühasirədən keçirmişdilər.
Onların hər biri terrorçular tərəfindən vəhşicəsinə edam edilə bilərdi. Və belə qəhrəmanlıqlar orada hər addımbaşı olub.
Dirazzur həmişə İŞİD-in cəbhə arxası olub, başında Zəhruddinin olduğu itaətsiz qarnizon boğaz sümük kimi qalsa da terror qruplaşmasına real təhlükə kəsb etmirdi.
Mosulun İraqda, Palmira və Hələbin Suriyada azad edilməsindən, Raqqanın faktiki olaraq qaytarılmasından sonra darmadağın edilmiş İŞİD ordularının axışdığı yer məhz Dirazzur oldu, onların sonuncu qalaları buradadır.
Və hökumət qüvvələrinin qarnizonunun hansı qətiyyətlə mühasirədən çıxarılması nəzərə alınaraq məhz orada, Dirdə, ordu İslam Dövləti adlanan şeyi dəfn etməyi planlaşdırır.
Der şəhəri İŞİD-in məzarı olacaq." /islamınsesi/


Teqlər: İQNA ، Rusiya ، Suriya ، Diarazzur
Ad:
E-poçt:
* Comment:
* captcha: