
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, "İmam Xomeyni (rə) ensiklopediyası” nəşr olunacaq. Bunu İmam Xomeyninin (rə) əsərlərinin tənzimlənməsi və nəşri müəssisənin sədr müavini Əli Komsari deyib.
Əli Komsari deyib ki, ensiklopediyada İmam Xomeyninin həyatı, mübarizəsi və əsərləri yer alacaq.
Ə.Komsari deyib ki, həmçinin İmam Xomeyni adına kitabxana və muzeyin binası da tikilməkdədir ki, ilin sonunadək bu layihənin birinci fazası istifadəyə veriləcək.
Kitabxana və muzey İmam Xomeynin (rə) hərəminin yaxınlığında 15 min kvadrat metr ərazidə tikilir.
O əlavə edib ki, Nəcəfdə İmam Əlinin (ə) hərəminin yaxınlığında İmam Xomeyni (rə) adına dini elmlər mərkəzi təsis olunacaq. /maide.az/