İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, İran İslam Respublikası prezidenti çərşənbə
axşamı Myanmanın BMT-dəki təmas qrupunun Nyu-Yorkdakı iclasında Rohinca müsəlmanlarının
ilkin hüquqlarının kobud şəkildə pozulmasına laqeyd münasibətin ifratçılığın
daha da genişlənməsinə səbəb olduğunu deyərək, BMT və İslam Əməkdaşlıq Təşkilatından
Myanma müsəlmanlarının acınacaqlı durumuna münasib bir rəftar nümayiş etdirmələrini
istəyib.
Həsən Ruhani deyib: Myanma dövləti bilməlidir ki, insanların öz torpaqlarından qovulması və onlarındigər ölkələrə qaçmağa məcbur edilməsi böhranın həll yolu sayılmır.
İran İslam Respublikası prezidenti əlavə edib: Myanma dövləti bu ölkə müsəlmanlarının köhnə yaralarına vətəndaşlıq hüququnun təmin edilməsi ilə dərman olmalıdır.
Ruhani İranın Myanma müsəlmanlarına yardım etməyə hazır olduğunu deyərək, əlavə edib: İran İslam Respublikası insan haqlarına, insan kəramətinə və Rohinca müsəlmanlarının təhlükəsizliyinə zəmanət verən bütün həll yollarını himayə edir.