IQNA

Çində İslami kitablarının çapı mərkəzi bağlandı

10:55 - October 12, 2017
Xəbər sayı: 3482256
Çinin Pekin şəhərində İslami kitabların çapı və nəşri ilə məşğul olan "İslami kitabların çapı və satışı mərkəzi" qapadıldı və sahibi terrorçuluq və radikalizmi yaymaqda günahlandıraraq həbs edildi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Çinin Pekin şəhərində İslami kitabların çapı və nəşri ilə məşğul olan və kitablarını "islambook.net" saytı vasitəsilə satan "İslami kitabların çapı, nəşri və satış mərkəzi" qapadıldı və sahibi terrorçuluq və radikalizmi yaymaqda günahlandıraraq həbs edildi.

"Radio Free Asia" xəbər və informasiya portalının bu barədə yaydığı xəbərə görə, bu hadisə cari ayda Çinin komunist partiyasının milli konqresinin keçirilməsi ərəfəsində baş verir.

Çin dövlətinin Quran nüsxələrinin və dini əşylarının camaatdan toplanılması, uyğur müsəlmanlara hotel xidmətləri qadağası, İslami geyimlərin və İslami simvolların insanların üzərində danışanması qadağası, İslami adların qoyulmasının qadağan olunması və s... addımları bu konqresin təhlükəsiz bir fəzada keçirilməsi hədəfi ilə həyata keçirilir.

Qeyd edək ki, "islambook.net" saytı müxtəlif mövzularda dini kitabların, dini əşyların, İslami incəsənət əsərlərinin, dini geyimlərin və halal qida məhsullarının satışı ilə məşhur olan bir saytdır.

http://www.iqna.ir/fa/news/3651726


Teqlər: iqna ، çin ، hotel ، kitab ، hicab ، halal qida
captcha