İQNA-nın (Beynəlxalq Quran Xəbər
Agentliyi) verdiyi xəbərə görə, Həzrət Ayətullah Üzma Seyid Əli Sistaninin
İraqın Kərbəla şəhərindəki nümayəndəsi dünən, 27 Oktyabr 2017-ci il, müqəddəs
Kərbəla şəhərinin Cümə namazının xütbəsində xalqın və dövlətin İŞİD
terrorçularına tam qələbə çalacağına ümidvar və əmin olduğunu vurğulayaraq məğlub
olaraq geir çəkilməkdə və qaçmaqda olan terrorçuların ƏRBƏİN zəvvarlarına hücum
ehtimalı barədə xəbərdarlıq etdi.
Höccətul-İslam vəl-müslimin Seyid Əhməd Kafi (Həzrət Ayətullah Üzma Seyid Əli Sistaninin İraqın Kərbəla şəhərindəki nümayəndəsi) İmam Hüseynin (ə) müqəddəs ziyarətgahında qılınan Cümə namazının xütbəsində ƏRBƏİN zəvvarlarının malı və canının qorunmasına və həmçinin cəmiyyətdə ziyarət abu-havasının qorunub saxlanılmasının zəruriliyini vurğuladı.
Seyid Əhməd Kafi bildirdi ki, terrorist ünsürlər xalq könüllülərinin qarşısından qaçırlar və mümkündür ki, onlar bunun qarşılığında İmam Hüseynin (ə) ƏRBƏİN zəvvarlarına terror hücumu etsinlər.
Höccətul-İslam vəl-müslimin Seyid Əhməd Kafi (Həzrət Ayətullah Üzma Seyid Əli Sistaninin İraqın Kərbəla şəhərindəki nümayəndəsi) müqəddəs ƏRBƏİN mərasiminin yaxınlaşdığını yada salaraq tövsiyə etdi ki, ziyarət ab-havasını qoruyub saxlamaq lazımdır. İmam Hüseynə (ə) tərəf gedəndə Allaha təvəkkül etməli və bu ziyarətin əcrini qazanacağına ümidvar və əmin olmalısan. Ruhən qəmli, qüssəli və şəhidlərin dərdinə şərik olmalısan.
http://iqna.ir/fa/news/3657178/