IQNA

Qərb mediasının müstəmləkəçi baxışı onları ƏRBƏİN yürüşünü işıqlandırmağa qoymur

1:07 - October 31, 2017
Xəbər sayı: 3482326
Kərbəla tv kanalının müdiri vurğuladı: Qərb mediasının ƏRBƏİN yürüşünə qarşı qeyri-peşəkar davranışının əsas səbəbi onların məsələlərə müstəmləkəçi baxışlarıdır.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının 23. Mətbuat Sərgisində iştirak edən Kərbəla peyk tv kanalının baş katibi vurğuladı: Bəzi media dairələrinin ƏRBƏİN piyada yürüşünə qarşı qeyri-peşəkar davranışının əsas səbəbi onların məsələlərə irqçi, firqəçi və müstəmləkəçi gözü ilə və kolonial baxmasıdır.

O əlavə etdi: Qərb mediası və onlara bağlı digər KİV-lərin kolonial görüşü səbəb olub ki, onlar ƏRBƏİN mərasimində coşan insan dənizini görməzdən gəlsinlər və bu barədə məntiqsiz və qeyri-peşəkar addımlar atsınlar.

Məhəmməd Əli Həmd – İraqın media aktivisti və İranda Kərbəla peyk tv kanalının baş katibi, dünən, 30 Oktyabr 2017-ci il, İran İslam Respublikasının 23. Mətbuat Sərgisinin haşiyəsində keçirilən "dünya mediasının ƏRBƏİN piyada yürüşünü işıqlandırmada sərgilədiyi davranış" adlı toplantıda İQNA-nın müxbiri ilə müsahibəsində dedi: "Əzəmətli ƏRBƏİN yürüşü İslam maarifini, İslam tarixini və həmçinin region xalqlarının mədəniyyətini təbliğ etmək üçün ən yaxşı bir fürsət ola bilər. Media və KİV-lərin bu məsələdə rolu böyük əhəmiyyət kəsb edir. Media əhli bu böyük və əzəmətli mərasimi işıqlandırmaq üçün və bu mərasimin mesajını xalqlara çatdırmaq üçün ən münasib söz və cümlələrdən istifadə etməlidirlər və ƏRBƏİN mərasimini beynəlxalq yürüş olaraq dünyaya təqdim etməlidirlər.

O əlavə etdi: Qərb mediası və hətta bəzi yerli medialar İraqda baş verən hadisələri ən kiçik cüziyyatı ilə işıqlandırdıqları halda, ƏRBƏİN mərasimini görməzdən gəlirlər. Bu bir halda baş verir ki, qərb mediası istəməsə də onların ölkələrində yaşayanlar bu böyük hadisəni görür, eşidir və duyurlar. Və mediaların bu əzəmətli mərasimi görməzdən gəlməsi onların özünün hörmətdən düşməsinə və etibarlarının itməyinə səbəb olur. Buna görə də mən qərb mediasının bu addımını tam qeyri-peşəkar bir davranış hesab edirəm.

http://iqna.ir/fa/news/3658463

نگاه استعماری؛ علت رویکرد غیرحرفه‌ای برخی رسانه‌ها به راهپیمایی اربعین


Teqlər: iqna ، media ، Ərbəin ، biləsuvar ، İraq
captcha