IQNA

Türkiyənin ƏRBƏİN zəvvarları İranın həmkarlığı ilə Kərbəlaya yola salındı

2:21 - November 01, 2017
Xəbər sayı: 3482333
Türkiyənin müxtəlif şəhərlərindən olan ƏRBƏİN zəvvarları İran İslam Respublikasının Ərzurumdakı mədəniyyət işləri idarəsinin həmkarlığı ilə Kərbəlaya yola salındı.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Türkiyənin müxtəlif şəhərlərindən olan ƏRBƏİN piyada yürüşü zəvvarları İran İslam Respublikasının Ərzurumdakı mədəniyyət işləri idarəsinin həmkarlığı ilə Kərbəlaya yola salındı.

İran İslam Respublikasının İslami Əlaqələr və Mədəniyyət Təşkilatının rəsmi informasiya portalı bu barədə məlumat yayaraq bildirib ki, Türkiyənin İğdir, Kars, Tuzluca və Ərzurum şəhərlərindən İmam Hüseynin (ə) ƏRBƏİN mərasiminə gedən zəvvarlar İran İslam Respublikasının Ərzurumdakı mədəniyyət işləri idarəsinin həmkarlığı ilə Kərbəlaya ezam ediliblər.

İmam Hüseynin (ə) ƏRBƏİN piyada yürüşü mərasimində iştirak etmək hədəfi ilə İraqa gedən türkiyəli zəvvarlar Bazirgan sərhəd buraxılış məntəqəsindən İrana keçiblər. Onları İran tərəfdə Qərbi Azərbaycanın Şəhid Bakiri adına ƏRBƏİN heyəti qarşılayıb.

Türkiyəli zəvvarlar Qərbi və Şərqi Azərbaycan əyalətinin şəhərlərini və Həmədanı keçərək Şələmçəyə və oradan da İraqa yollanacaqlar.

http://iqna.ir/fa/news/3658881

اعزام زائران اربعین تركیه به کربلا با همکاری ایران + عکس


اعزام زائران اربعین تركیه به کربلا با همکاری ایران + عکس
Teqlər: iqna ، türkiyə ، kərbəla ، Ərzurum
captcha