IQNA

Kanadada müsəlman qadınları universitetdə təhsildən məhrum edən qanun

2:41 - November 02, 2017
Xəbər sayı: 3482336
Kanadanın Kebek əyalətində müsəlman xanımlar əleyhinə təsdiq edilmiş yeni qanun müsəlman qadınların universitetdə təhsildən almaqdan məhrum olması ilə nəticələnəcəkdir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Kanadanın Kebek əyalətində müsəlman xanımlar əleyhinə təsdiq edilmiş yeni qanun müsəlman qadınların universitetdə təhsildən almaqdan məhrum olması ilə nəticələnəcəkdir.

Dünya universitet tələbələri birliyinin "STUDYINTERNATIONAL" xəbər və informasiya portalı bu xəbəri elan edərək yazdı: Kebek əyalətini yeni qərar aldığı qanunan əsasən ümumi xidmət servislərində işləyən və ya bu sevislərdən istifadə edən müsəlman xanımlar üzlərinə rübənd vura və üzlərini örtə bilməzlər. Yeni qanun müsəlmanlar və ümumi kütlə tərəfindən etirazlarla qarşılanıb. Hökumət bundan öncə də bu qanuna görə kəskin və sərt reaksiyalarla qarşılaşmış və məcbur olmuşdu ki, qanunda dəyişiklik edərək qanunu yüngülləşdirsin.

Bu məsələyə münasibət bildirin 15 yaşlı kanada sakini Fərəh Miqati media ilə müsahibəsində deyib ki, hicabsız qadınların üzünü göstərməyə haqlarının oldğu kimi müsəlman qadının da üzünü örtmək haqqı vardır. Bu qanuna görə mən MC GİLL universitetində oxumaq arzuma çata bilməyəcəm.

Saytın yazdığına görə, bu probmeli təkcə Miqat deyil, onun kimi onlarla müsəlman xanım yaşamaqdadır.

Xəbərin davamında deyilir ki, Kanada müsəlmanlar əleyhinə olan müxtəlif problemlərlə üzüzədir. Kanadada İslamofob hücumların sayı 2012 və 2015- ci illərdə 253% artıb.

Avropa Tələbələr Birliyi bəyaniyyə yayaraq yeni qanunu kəskin şəkildə məhkum etdilər və bunu İslamı tədricən ümumu məkanlarda məhdudlaşdırmaq siyasətinin bir hissəsi saydılar.

http://iqna.ir/fa/news/3659012


Teqlər: iqna ، kanada ، kebek
captcha