IQNA

15 Noyabr 2017-ci il tarixində Pensilvaniyada keçiriləcək;

"Bir gün hicablı olaq" layihəsi

8:46 - November 07, 2017
Xəbər sayı: 3482353
ABŞ-ın Pensilvaniya əyalətinin Skranton şəhərinin Merivud universitetində İslami geyimin fərdi və ictimai dəyərlərinin tanıtdırılması hədəfi ilə "bir gün hicablı olaq" lahiyəsi icra ediləcəkdir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, ABŞ-ın Pensilvaniya (Pennsylvania) əyalətinin Skranton (Scranton) şəhərinin Merivud universitetində (Marywood University) İslami geyimin fərdi və ictimai dəyərlərinin aşılanması və açıqlanması hədəfi ilə "bir gün hicablı olaq" lahiyəsi icra ediləcəkdir.

"Bir gün hicablı olaq" layihəsi gələn həftə, Noyabr ayının 15-də, günün birinci yarısında yerli vaxtla saat 11:00-dan 13:00-dək, Amerikanın Pensilvaniya əyalətinin Skranton şəhərinin Merivud universitetin evsahibliyi ilə keçiriləcəkdir.

Proqramın icrası üçün universitetdə oxuyan və proqrama dəvət olunan bütün qeyri-müsəlman xanımlara İslami başörtükləri hədiyyə ediləcəkdir.

Proqrama dəvət edilmiş qonaqlar üçün süfrə açılacaq və İslami başörtüyünün bağlanma qaydası öyrədiləcəkdir.

Salman Əhməd (layihəni təşkil edən məsullardan biri) bu barədə dedi: "Bir gün hicablı olaq" layihəsinin keçirilməsində əsas hədəfimiz İslami geyim fəlsəfəsini aşılamaqla yanaşı, müsəlman və qeyri-müsəlman tələbələrin birliyini və həmrəyliyini göstərməkdir.

O əlavə etdi: Həmçinin bu proqram çərçivəsində qeyri-müsəlmanlara İslami hicab və örtüyün insan üçün çətinlik yaratmadığını, insana zülm olmadığını və əslində qadının şəxsiyyətini qorumaq üçün olduğunu göstərmək istəyirik.

Qeyd edək ki, "bir gün hicablı olaq" layihəsinin icrasında öncə, Noyabr ayının 13-də "Mənəvi Həyat" adlı proqram da yerli vaxtla saat 17:00-da keçiriləcək və bu proqramda hicabın İslamdakı əhəmiyyətindən danışılacaq və hicab bağlamaq qaydaları öyrədiləcəkdir.

http://iqna.ir/fa/news/3660540


captcha