IQNA

Baş vermiş zəlzələ ilə bağlı İranda matəm günü elan olundu

0:48 - November 14, 2017
Xəbər sayı: 3482385
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının Nazirlər Kabineti bəyanat yayaraq ölkənin qərbində baş vermiş acı və qəmli hadisə qurbanlarının ailələrinə başsağlığı verib və 14 noyabr tarixini ölkədə matəm günü elan edib.
Nazirlər Kabineti zəlzələ baş vermiş bölgədə xilasetmə işləri aparan bütün qüvvələrə təşəkkür edib və yenidən dövlət qurumlarını və nazirlikləri xilasetmə işləri üçün bütün qüvvələrini və güclərini səfərbər etməyi tapşırıq verib.
Kirmanşah əyalətində baş vermiş zəlzələ 7 şəhər və 1930 kəndə ziyan vurub. İlkin açıqlamalara görə, bu zəlzələ nəticəsində 30 min evə ziyan dəyib.
Qeyd edək ki, dünən həmçinin Kirmanşah əyalətində 3 gün matəm elan olunub.
Xatırladaq ki, İraq-İraq sərhədində dünən axşam baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 400 nəfəri keçib və 7156-dan çox adam isə yaralanıb.

Teqlər: iqna ، iran ، İraq ، zəlzələ ، kermanşah
captcha