IQNA

11:38 - December 13, 2017
Xəbər sayı: 3482504
İran prezidenti Həsən Ruhani gələn il Azərbaycana rəsmi səfər edəcək. Səfərdə ikitərəfli münasibətlər, xüsusilə də iqtisadi sahədə əməkdaşlığı gücləndirmək üçün Bakıya səfər etməyi planlaşdırır.  

İran prezidenti Azərbaycana rəsmi səfər edəcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran prezidenti Həsən Ruhani gələn il Azərbaycana rəsmi səfər edəcək. Səfərdə ikitərəfli münasibətlər, xüsusilə də iqtisadi sahədə əməkdaşlığı gücləndirmək üçün Bakıya səfər etməyi planlaşdırır.  

Bu barədə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məhəmmədrza Nəcəfi məlumat verib. Səfərin dəqiq tarixi bilinməsə də ilin birinci yarısına gözlənilir.  

Səfər zamanı Həsən Ruhaninin Azərbaycan Respublikasının Neftçala rayonunda yerləşən Azərbaycan-İran birgə avtomobil zavoduna baş çəkməsi gözlənilir.  

Neftçala Sənaye Məhəlləsində Azərbaycanın “Azevrocar” MMC şirkətinin İranın “İran Khodro” şirkəti ilə birgə həyata keçirdiyi layihə çərçivəsində avtomobil istehsalı zavodu 2018-ci ildə avtomobil istehsal etməyi planlaşdırır.

Mənbə: http://eastnews.org/news/19345

Teqlər: İQNA ، İİR ، Azərbaycan
Ad:
E-poçt:
* Comment:
* captcha: