IQNA

8:14 - December 20, 2017
Xəbər sayı: 3482533
İraqın “Nücəba” briqadasının döyüşçüsü Həzrət Zeynəbin (ə) hərəminin müdafiəsi zamanı şəhidlik zirvəsini fəth etdi. İraqlı Şəhid həftənin birinci günü müqəddəs Nəcəf şəhərində dəfn edilib.

NÜCƏBA briqadasının döyüşçüsü Suriyada şəhid oldu (Foto)İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın “Nücəba İslami Müqavimət Briqadası”nın döyüşçüsü Həzrət Zeynəbin (ə) hərəminin müdafiəsi zamanı şəhidlik zirvəsini fəth etdi. İraqlı Şəhid cari həftənin birinci günü, 18 Dekabr 2017-ci il, komandirləri və silahdaşlarının müşayəti ilə müqəddəs Nəcəf şəhərində dəfn edilib.  
İraqın “Nücəba İslami Müqavimət Briqadası”nın döyüşçüsü və Həzrət Zeynəbin (ə) müqəddəs hərəminin və hədəfinin müdafiəçisi şəhid Məhəmməd Əli Ziyarənin pak və mütəhhər cəsədi müqəddəs Nəcəf şəhərinin inqilabi əhalisinin əzəmətli və izdihamlı iştirakı ilə Əmirul-Möminin Həzrət İmam Əli ibn Əbi Talibin (ə) müqəddəs ziyarətgahına aparıldı, Mövlanın (ə) müqəddəs və mələkuti məzarını təvaf etdikdən və cənazə namazı qılındıqdan sonra möminlərin çiyinlərində əbədi mənzilə yola salındı.  
Şəhidin dəfn mərsiminin sonunda onun döyüşçü yoldaşları, silahdaşları və komandirləri yenidən İmam Əli (ə) hüzurunda əhd bağladılar ki, bədəndə can var ikən cihad ruhiyyəmizi saxlayacayıq, son damla qanımıza qədər Haqq bayrağını yüksəkdə saxlayacayıq və İslam şəhidlərinin iftixarlı şəhadət yolunu davam etdirəcəyik.
Qeyd edək ki, İraqın “Nücəba İslami Müqavimət Briqadası” 2013-cü ildə Əhli-Beytin (ə) hərəmlərinin müdafiəsi hədəfi ilə yaradılmışdır. Bu briqada Suriyada Həzrət Zeynəbin (ə) hərəmini qorumaq və günahsız vətəndaşların qətliam olunmasının qarşısını almaq məqsədi ilə Suriyada təkfirçi terroristlər əleyhinə döyüşlərə qatıldı.
http://iqna.ir/fa/news/3674191

شهادت يكى از رزمندگان نُجَباء در سوريه +عکس

شهادت يكى از رزمندگان نُجَباء در سوريه +عکس

شهادت يكى از رزمندگان نُجَباء در سوريه +عکس

Ad:
E-poçt:
* Comment:
* captcha: