IQNA

Misir evsahibliyi edəcək;
11:53 - December 21, 2017
Xəbər sayı: 3482537
Misirin İskəndəriyyə şəhəri gələn ilin Mart ayının 20-dən 23-dək “İslami incəsənətin radikalizmlə mübarizəsi” toplantısına evsahibliyi edəcək.
İslami incəsənətin radikalizmlə mübarizəsi toplantısı keçiriləcəkİQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Misirin “əl-bəvvabətu nyuz” xəbər agentliyinin xəbər və informasiya portalına istinadla xəbərə verir ki, Misirin İskəndəriyyə şəhəri gələn ilin Mart ayının 20-dən 23-dək “İslami incəsənətin radikalizmlə mübarizəsi” toplantısına evsahibliyi edəcək.
Bu toplantı İSESCO-nun (İslami Təhsil, Mədəniyyət və Elmlər Təşkilatı) təşəbbüsü, Misirin Milli Muzeyi və İskəndəriyyə kitabxanasının həmkarlığı ilə keçiriləcəkdir.
Toplantının əsas hədəfi İslami mədəniyyətinin və incəsənətinin gözəllik çalarlarının izah edilməsi və İslami incəsənətin müxtəlif çalarlarının Çindən Əndulasa qədər dünya xaqlarının yaşam tərzində təsirinin araşdırılmasıdır.
Toplantının digər mühüm hədəfləri İslam mədəniyyəti və incəsənətinin dünya xalqlarına təqdim edilməsi üçün müştərək fəaliyyətlərin həyata keçirilməsi, İslami incəsənət sahəsi üzrə fəallar arasında akademik və ənənəvi səviyyədə rabitə şəbəkəsi yaratmaq və İslam incəsənətinin ruhunu izah edən və əks etdirən broşuların çapı və nəşr edilməsidir.
İslami İncəsənət toplantısında həyat və gözəlliyi sevməyin yayılması və təbliği, kin və nifrət mədəniyyəti ilə mübarizə, İslami incəsənət fəallarını öz yaxşı əsərlərini dünya səviyyəsində təqdim etməyə həvəsləndirmək, İslami incəsənət əsərlərini sərgiləmək üçün virtual muzeyin təsis edilməsi və digər mövzular müzakirə ediləcəkdir.
Qeyd edək ki, Misirin İskəndəriyyə kitabxanası Suriya, İraq, Yəmən və Əfqanıstan kimi ölkələrdə təkfirçi terroristlərin zərər vurduğu İslami incəsənət abilərinin məhv olmasının və həmçinin həmin ölkələrdə tarixi incəsənət və mənədiyyət əsərlərinin qaçaq edilməsinin qarşısını almaq üçün beynəlxalq kompaniya başladıb.
http://iqna.ir/fa/news/3674796
Ad:
E-poçt:
* Comment:
* captcha: