IQNA

21:30 - December 29, 2017
Xəbər sayı: 3482567
Əfqanıstanın yerli məmurlarının verdiyi xəbərə görə, İŞİD bu ölkənin şimalında yerləşən Cuzcan əyalətinin Dərzab regionunda 12 nəfər Cümə namazı xətibini oğurlayıb.

İŞİD Əfqanıstanda 12 nəfər Cümə namazı imamını oğurladıİQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) xəbər verir ki, Əfqanıstanın yerli məmurlarının verdiyi məlumata görə, İŞİD təkfirçi terrorist ünsürləri bu ölkənin şimalında yerləşən Cuzcan əyalətinin Dərzab regionunda 12 nəfər Cümə namazı xətibini oğurlayıb.
Əfqanıstanın Cuzcan əyalətinin valisi Mövləvi Lütfüllah Əzizi bu xəbəri təsdiqləyərək vurğulayıb: Son iki gündə İŞİD təkfirçi terrorist qruplaşmasına mənsub ünsürlər əyalətin Dərzab regionundan 12 nəfər Cümə imamını oğurlayıblar.
O əlavə etdi: İŞİD təkfirçi terrorist qruplaşmasının bu işdən hədəfi Cümə imamlarına sələfi – vəhabi təqirətinin qanunlarını öyrətmək və onları bu məzhəbi təbliğ etməyə və həmçinin İŞİD-in istəyinə uyğun danışmağa məcbur etməkdir. Bununla da istəyirlər ki, bu imamlara qulaq asan camaat İŞİD terrorçularının göstərişlərinə itaət etsinlər.
Əfqanıstanın Cuzcan əyalətinin valisi Mövləvi Lütfüllah Əzizi İŞİD terrorçularının öz hədəflərinə çatmaları üçün camaatın arasında qorxu və dəhşət yaratmalarına işarə edərək dedi: İŞİD təkfirçi terrorist qruplaşmasının ünsürləri bir ay öncə bir camaat imamının təkcə buna görə ki, öz xatirələrini yazmışdı, Dərzab əyalətinin Sərdar kəndində başını kəsdilər.
Mövləvi Lütfüllah Əzizi bu terrorçuların əleyhinə Dərzab və Kuştəybə əyalətində keçiriləcək əməliyyatların başlaması zamanı barədə dedi: Bu barədə ilkin addımlar atılıb, regionun peyk xəritəsi çıxarılıb və İŞİD-in fəaliyyət göstərdikləri ərazilərin şəkili və xəritəsi PUA vasitəsi ilə hazırlanıb.   
Əfqanıstanın Cuzcan əyalətinin valisi Mövləvi Lütfüllah Əzizi əlavə etdi: Dərzab və Kuştəybə əyalətlərinin sakinləri gözəl insanlardırlar, amma İŞİD terrorçuları onlar üçün yeni qanunlar qoyublar.
Qeyd edək ki, Rusiyanın Əfqanıstandakı xüsusi nümayəndəsi Kablovun dediyinə görə, hazırda Əfqanıstanda 10 mindən çox İŞİD terroristi vardır. İŞİD ünsürləri Əfqanıstanın 34 əyalətindən 25-də aktivdirlər.
http://iqna.ir/fa/news/3677295

Teqlər: İQNA ، İŞİD ، terror ، Əfqanıstan
Ad:
E-poçt:
* Comment:
* captcha: